Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:06

Murad Köhnəqala: “Anar olmasa, AYB uçacaq, altında qalacağıq?”


Yazıçılar Birliyinin qurultayı niyə ləngiyir? (Debat)
Gözlə

No media source currently available

0:00 0:52:39 0:00
Direct-ə keçid

"Pen klub"dakı debatda Murad Köhnəqala, Ədalət Əsgəroğlu, Kənan Hacı iştirak edirlər.

Ədalət Əsgəroğlu: " Yox, mənim bir sifətim var. Amma Allahdan arzu edirəm ki, Anar müəllim 100 yaşasın, bundan sonra da 15-20 il də sədr olsun". "Pen klub"dakı debata yazar Kənan Hacı da qatılıb.

Murad Köhnəqala:

- Yazıçılar Birliyinin nizamnaməsində 20 il sədr olmaq məsələsi yoxdur. Amma qurultayda ona dəyişiklik edildi. Qurultaya da nümayəndə ancaq anarçılar seçilmişdi. Bəli, onlar əl çaldılar, səs verdilər ki, sədr müddətsiz olsun, necə bizim prezidentimiz elədi 2009-cu ilin referendumda.

Ədalət Əsgəroğlu:

- Yox, nizamnamədə belə şey yox idi. Murad Köhnəqala yanılır...



“Pen klub” proqramında bu suala cavab axtardıq: “Yazıçılar Birliyinin qurultayı niyə yubanır?” AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu, yazarlar Murad KöhnəqalaKənan Hacı ilə...

QURULTAY TƏMİRƏ VƏ HESABATLARA GÖRƏ YUBANIB

Şahnaz B:

- Ədalət bəy, Yazıçılar Birliyinin qurultayı niyə yubanır? Üç ildir artıq qurultay təxirə salınır.

Ədalət Ə:

- Yazıçılar Birliyinin sonuncu qurultayı 2004-cü ilin mayında olub. Nizamnaməyə görə, beş ildən bir qurultay keçirilməlidir. Yazıçılar Birliyi özü maraqlıdır ki, qurultay vaxtında keçsin. Ancaq nəzərə alaq ki, birlik 2007-ci ildə prezident sərəncamı ilə təmirə dayanıb və bu da il yarım çəkib. Sonra da yerləşmə əlavə vaxt aparıb. Ona görə
Ədalət Əsgəroğlu
Ədalət Əsgəroğlu
qurultay 2011-ci ilədək yubandı. Əslində qurultay bu ilin sonuna kimi olmalıydı. Amma təəssüflər olsun ki, filiallarımız çoxdur. Bu filiallarda hesabatlar dinlənilməlidir.

Şahnaz B:

- Bu hesabatların Yazıçılar Birliyi üçün əhəmiyyəti nədir?

Ədalət Ə:

- Nizamnaməyə uyğun olaraq bunlar qurultaylararası 5 ildə ədəbi prosesə baxış xarakteri daşıyır. Bizdə poeziya, dramaturgiya, tənqid və ədəbiyyatşünaslıq, uşaq ədəbiyyatı üzrə hesabatlar olur.

Şahnaz B:

- Yəni bu hesabatlarda nəyə diqqət çəkilir? Məsələn, poeziya üzrə hesabat necə ola
bilər?

Ədalət Ə:

- İnsanın inkişafında ədəbiyyatın rolu, ictimai həyatımızda poeziyanın gəzişməsi...

Şahnaz B:

- Sovet dövrünü xatırladır lap...

Ədalət Ə:

- Sizə elə gəlir. Mən istəməzdim ki, ədəbiyyatımızın sabahına dar çərçivədə baxaq. Ədəbiyyat ədəb sözündəndirsə, cəmiyyətin, insanın inkişafında böyük rol oynayır.

Şahnaz B:

- Ədalət bəy, bir çox ölkələrdə Yazıçılar Birliyi yoxdur, belə hesabatlar da yoxdur. Amma ədəbiyyat da irəli gedir, insanın da, cəmiyyətin də problemi göstərilir.

Ədalət Ə:

- Biz müstəqil respublikayıq. Başqa dövlətlərdə Yazıçılar Birliyinin olub-olmamasının bizə dəxli yoxdur.

Şahnaz B:

- Yəni bu hesabatların bəhrəsini izah edə bilərsiz?

Ədalət Ə:

- Bəhrəsi var. Niyə son 5 ildə yazıb-yaradanlarımızın yaradıcılığı təhlil olunmamalıdır?

“YAXŞI OLARDI Kİ, AYB BİRBAŞA GÖRDÜYÜ İŞLƏRLƏ BAĞLI HESABAT VERSİN”

Şahnaz B:

- Kənan bəy, sizcə, bu hesabatların ədəbiyyat üçün faydası nədir?

Kənan H:

- Əlbəttə Yazıçılar Birliyinin hesabatları olmalıdır. Bu hesabatlar zamanı məruzələr
Kənan Hacı
Kənan Hacı
dinlənir, orda da əsərlərin adları sadalanır, tərcümələr qeyd olunur. Amma hansısa əsərin yazılması, tərcümənin edilməsi AYB-nin birbaşa xidməti deyil. Yaxşı olardı ki, birlik birbaşa gördüyü işlərlə bağlı hesabat versin.

Ədalət Ə:

- Yazıçılar Birliyi neyləməlidir? Ondan nə umulur? Mən onu başa düşmürəm. Yazıçılar Birliyinin üzvləri əlinə bayraq alıb meydanlara getməlidirmi? Yazıçının, şairin sözü varsa, yazmalıdır. Biz neyləyək ki, yazarlarımızın bir qismi kölə ürək gəzdirirlər? Azad ürək gəzdirin. Yazın yaradın...

“ANARI ASIB-KƏSƏNLƏR ONUN LEHİNƏ SƏS VERDİLƏR”

Şahnaz B:

- Qayıdaq qurultay məsələsinə. Nə vaxt olacaq qurultay?

Ədalət Ə:

- Qurultay 2012-ci ilin birinci yarısına kimi, yəni maya kimi olacaq. Bizim heç kimdən çəkinəcəyimiz yoxdur ki, nəyisə yubadaq, gizlədək. Sadəcə şərait belə gətirib.

Şahnaz B:

- Kənan bəy, qurultay doğrudanmı sadəcə texniki səbəbdən yubanır? Bəzən kuluarlarda bunu yeni sədrin kimliyinin razılaşdırılmaması ilə də izah eidrlər. Siz necə görürsüz kənardan prosesləri?

Kənan H:

- Ədəbi kuluarlarda bu haqda söhbətlər bir ara qabardı. Yazıçılar Birliyində hansısa qruplaşmalar gedir-getmir, bilmirəm, mətbəxə bələd deyiləm. Mən bundan əvvəlki qurultayı xatırlayıram. O zaman qurultay ərəfəsində Anarı asıb-kəsənlər onun lehinə səs verdilər. Mən qurultay iştirakçısı olmuşam. Ola bilsin namizədlər var, amma məncə, qurultay keçirilsə, yenə də Anar seçiləcək.

Şahnaz B:

- Niyə, sizcə?

Kənan H:

- Ötən dəfə bircə rəhmətlik Akif Səməd namizədliyini verdi. Amma onunla hər gün yeyib-içənlər arxasından qaçdılar. Təklənmiş vəziyyətdə qaldı. Belə bir vəziyyət yenə təkrarlana bilər. Yetərincə namizəd var, amma verməyəcəklər.

Şahnaz B:

- Niyə, sizcə?

“BƏZİLƏRİNİN BOYU, BƏZİLƏRİNİN ÇƏKİSİ SƏDRLİK POSTUNA UYĞUN GƏLMİR

Ədalət Ə:

- Burda iki söhbət var. Biri düşünür ki, namizədliyimi verərəm, keçmərəm, pərt olaram. Biri də düşünür ki, Anar müəllimi sevənlər onu qaralayarlar. Bəziləri də populyarlıq xatirinə namizədliklərini verirlər. Amma onların da ya boyu, ya çəkisi sədrlik postuna layiq deyil. Ona görə özlərinə iş tapsınlar. Özlərini gülünc hala salmasınlar.

Şahnaz B:

- Necə bilirsiz, Kamal Abdulla, Elçin, Çingiz Abdullayev sədrliyə layiq deyillər?
Ədalət Ə:

- Bunlar dəyərli söz sahibləridir. Başqa adlar da sadalamaq olar. İşdi-şayəd Anar müəllim sədrlikdən imtina etsə, məhz belə dəyərli söz adamları sədr olmalıdır. Siz elə

bilirsiz AYB sədri olmaq asan məsələdir? O funksiyanı heç kim boynuna götürmək istəmir.

Kənan H:

- İstər Elçin, istər Kamal Abdulla, istər Çingiz Abdullayev bu posta layiqdirlər. Amma mən düşünmürəm ki, Anar qala-qala onlar namizədliklərini versinlər. Bu, şəxsi dostluqla bağlıdır, ya nədir... Amma onların hər birinin hakimiyyət yanında sözləri keçir, yuxarı tərəfindən qəbul olunur, hakimiyyətin ədəbiyyatda favoritləridir. Yenə deyirəm ki, inanmıram Anar qala-qala onlar namizədliklərini versinlər.

“KAMAL ABDULLA, ELÇİN, ÇİNGİZ ABDULLAYEV SƏDR OLMAZLAR”

Şahnaz B:

- Yəni belə çıxır ki, bu vəzifə razılaşdırılıb? Yəni ya dostlar, ya hansısa çevrədə bu razılaşdırılıb ki, sədr Anar olmalıdır. Düzmü başa düşürəm sizi?

Kənan H:

- Belə bir ehtimal ola bilər. Bu seçkilər formaldır. Mütləq olmalıdır. Nizamnaməyə uyğun olaraq 5 ildən bir qurultay olmalıdır və kimsə sədr seçilməlidir. Amma Anar ola-ola kiminsə namizədliyini verməsi qeyri-etik olar. Həm də onlar öz postlarında qərarlaşıblar.

Ədalət Ə:

- Burda razılaşdırmadan söhbət gedə bilməz. Yazıçılar Birliyinin sədri olmaq çətindir. Hansısa universitetin rektoru və ya başqa yerdə rəhbər işləmək demirəm asandır. Burda fədakarlıq lazımdır. Bir də Anar müəllimin adı gedən yerdə hamı razı qalır ki, birlik möhkəm əldədir.

Şahnaz B:

- Bəlkə sınamaq lazımdır? O şansı başqalarına da vermək olar? Mirzə İbrahimov da 23 il sədr olub. Amma arada gedib, sonra yenidən sədr kimi gəlib.

Ədalət Ə:

- Bizdə Mirzə İbrahimov, Süleyman Rəhimov dəfələrlə sədr olublar, 23 il müddətinə. Amma bir nəfəsə 25 il Anar müəllim olub.

Şahnaz B:

- Bəlkə arada bir pauza vermək lazımdır?

Ədalət Ə:

- Yox. Artıq biz bilirik ki, istədiyimiz odur. Onun sədrliyi daha xoşdur. İkinci tərəfdən


Murad Köhnəqala (sağda)
Murad Köhnəqala (sağda)

Rüstəm İbrahimbəyov, Fərhad Xəlilov 30 ilə yaxındır ki, yaradıcı təşkilatlarda sədrdirlər. Niyə orda həmin söhbət getmir?

Kənan H:

- AYB başqaları ilə müqayisədə daha qaynar təşkilatdır. Amma o biri tərəfdən mən yazarın bir təşkilatda 20 ildən artıq rəhbər olmasını qeyri-normal sayıram. Bu artıq qeyri-ciddidir. Keçmiş sovet respubliklarında da belə fakt yoxdur.

BU, MƏŞƏDİİBADİZMDİR”

Verilişə gecikən Murad Köhnəqala söhbətə bu yerdən qoşulur. Və bundan sonra söhbət yarızarafat, yarıciddi ovqatda davam edir.

Murad K:

- Adətən qurultaylar ərəfəsində Anar müəllim deyir ki, bir də namizədliyimi verməyəcəm və ya bu işi üzvlər həll edəcək. Bu tryukları biz siyasətdə də gördük, cəmiyyətdə də. Bir adam süni olaraq yaxasını çəkmək istəyir, amma getmək istəmir. Eləcə də Anar müəllim. Söz yox ki, Sahil metro stansiyasının yaxınlığında bir restorandan Yazıçılar Birliyinin olması yaxşıdır. Bu saat dünyada rəssamlar evləri, yazıçılar evi olur. Mən Moskvada görmüşəm. Onun iki kafesi, restoranı var. Orda yığılır polemikalar aparırlar. Məsələn, Tiflisdə də belədir. Bizdə son vaxtlar oldu. Dördüncü mərtəbədə vardı. Sonra da yığdılar.

Ədalət Ə:

- Orda araq içirdilər, nərdtaxta oynayırdılar.

Murad K:

- Nə olsun. Yazıçı araq içər də. Emosiya adamıdır, dopinq kimidir... Qayıdaq Anar müəllimin sədrliyinə. Adətən qurultaylar gecikir, ən azı bir il...

Ədalət Ə:

- Səbəbini dedim mən.

Murad K:

- Bəhanə nə qədər istəsən. Süni şəkildə yubadılır. AYB-nin üzvü olan fəal adamlar ki var, məsələn, Ədalət Əsgəroğlu kimi adamlar, onlar həmişə istəyir sədr Anar olsun. Bu studiyada Əsəd Cahangir də deyib ki, olmasa, nə bilim nə olar. Yaxşı Anar müəllim olmasa bütün Yazıçılar Birliyi uçacaq, hamımız altında qalacağıq?

Ədalət Ə:

- Burda belə söhbət getmədi. Əksinə dedik ki, hər kəs namizədliyini verə bilər.

Murad K:

- 65 yaş senzi qoyulub. Anar müəllimə niyə şamil olunmur? Çıxsın getsin, nəinki
uduzsun.

Ədalət Ə:


- Anar müəllim nə qədər qoca olsa da dəyər min cavana. Allah canını sağ eləsin, işləsin...

Murad K:

- Bu, məşədiibadizmdir. Mən istəyirəm orda dəyişmə olsun, canlanma olsun, dinamik adam gəlsin. Anar müəllim dəyişmir, elə orda oturub. Nədir bu, xramdır bu?

Ədalət Ə:

- Ironiya ilə, yumiorla danışmayaq.

Murad K:

- Ironiya odur ki, 25 ildir bir adam Yazıçılar Birliyinin sədridir. Bilirəm ki, sən burdan çıxanda deyəcəksən ki, sən düz deyirsən, amma neyləyim, mən studiyada elə deməliyəm.

Ədalət Ə:

- Yox, mənim bir sifətim var. Amma Allahdan arzu edirəm ki, Anar müəllim 100 yaşasın, bundan sonra da 15-20 il də sədr olsun.

Murad K:

- Allah canını sağ eləsin. 25 il də sədr olsun. Özünüz bilərsiz.

Şahnaz B:

- Amma Kənan Hacı deyir ki, bir adamın yaradıcı təşkilata 20 il sədrlik etməsi anormaldır.

Murad K:

- Yazıçılar Birliyinin nizamnaməsində 20 il sədr olmaq məsələsi yoxdur. Amma qurultayda ona dəyişiklik edildi. Qurultaya da nümayəndə ancaq anarçılar seçilmişdi. Bəli, onlar əl çaldılar, səs verdilər ki, sədr müddətsiz olsun, necə bizim prezidentimiz elədi 2009-cu ilin referendumda.

Ədalət Ə:

- Yox, nizamnamədə belə şey yox idi. Murad Köhnəqala yanılır.

Murad K:

- Dayan, qardaş. Sən nə danışırsan? Anara qədər sədrlər bir dönəm seçiliblər. Ona qədər dəqiq nizamnamə var idi, Anar “xram”da rahiblik eləmək üçün onu dəyişdi.

Ədalət Ə:

- Anar müəllimin sədr seçilməsi bizdən asılıdr, onun öz istəyindən asılıdır. Bir də seçim lazımdır.

PROQRAMIN VİDEOYAZISINA TAM ŞƏKİLDƏ YUXARIDA BAX

XS
SM
MD
LG