Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:53

Qulu Məhərrəmli: «Mənə fərqli bəyanat göstərdilər... Ziyalılar Forumu olmalıdır»


Qulu Məhərrəmli
Qulu Məhərrəmli
«Mənə fərqli bəyanat göstəriblər. Bununla bağlı yaxın saatlarda bəyanat yayacam».

Bakı Dövlət Universitetinin müəllimi Qulu Məhərrəmli AzadlıqRadiosuna belə deyib.

O qeyd edib ki, BDU-nun 245 müəlliminin adından Ziyalılar Forumuna olunan müraciətin ilkin variantı tamam fərqli imiş. Buna görə də, həmin müraciətə imza atıb. Bu gün baxıram, uzundərə bir şey veriblər. Onlara xəbərdarlıq etmişdim ki, yaramazlıq etsəniz, təkzib verəcəm».

Yada salaq ki, Qulu Məhərrəmli özü də Ziyalılar Forumunun toplantılarında bir neçə dəfə iştirak edib.

- Mənə fərqli müraciət göstəriblər, yumşaq ruhu olan, barışdırıcı tonu olan bir müraciət. Mən də onu imzalamışam. Həmin müraciətdə qarşıdurma yox idi, təhqir yox idi, kimisə ittiham etmirdilər. Sadəcə, narahatlıq ifadə olunurdu. Ona görə imza atmışam. Orda da məlumatlandırmışam ki, mən Ziyalılar Forumunun iclaslarında bir neçə dəfə iştirak eləmişəm, çıxış etmişəm. Amma təəssüf ki, qəzetdə başqa müraciət gördüm. Əlavələr və ittihamlar gördüm. Ona görə bu müraciəti qəbul etmirəm və orda da iştirak etmirəm.

- Ümumiyyətlə, hesab edirsizmi ki, Ziyalılar Forumu cəmiyyətdə qarşıdurma yaradır və ona müraciət olunmalıdır?

- Mən qətiyyən o fikirdə deyiləm. Hesab edirəm ki, Ziyalılar Forumu olmalıdır. Bu, bir milli barışıq forumudur. Problemlərin dilə gətirilməsi baxımından mühüm işlər görür, aktual məsələlər müzakirə olunur. Burda cəmiyyətin, millətin çox layiqli nümayəndələri təmsil olunur.

Qulu Məhərrəmli Ziyalılar Forumunun son toplantılarında da iştirak edib.
XS
SM
MD
LG