Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:43

Müəllimlərin və həkimlərin əməkhaqqı artırılacaq


Foto: Arxiv
Foto: Arxiv
Bu ilin sonu, 2012-ci ilin əvvəlində Azərbaycanda böyük bir təbəqənin əmək haqları yenidən artırılacaq.

Bu barədə Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Əmək haqları artırılanlar müəllimlər, həkimlər və s. sosial qruplara aid vətəndaşlardır. Ölkə prezidenti bununla bağlı müvafiq maliyyə qurumlarına göstəriş verib.

Komitə sədri deyib ki, yaxınlarda minimum əməkhaqqının 10 faiz artırılması Azərbaycanda 600 minə yaxın insana şamil edilib:

«7 il əvvəl ölkədə minimum əməkhaqqı cəmi 25 manat idi. 125 dollar həcmində olan minimum əməkhaqqını inflyasiya ilə uyğunlaşdırsaq, görərik ki, bu sahədə Azərbaycanda dinamik artım gedir. Minimum əməkhaqqının 10 faiz artırılması ölkə üçün 500 milyon manat əlavə maliyyə yükü deməkdir». /apa/
XS
SM
MD
LG