Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:51

Camal Yusifzadə. Kor gördü, kar eşitdi


"Qoyma məni qəm apara"
Açdım sədəf düyməsini
közərən məhəbbətin;
Kor gördü,
Kar eşitdi.
Yüyürdü şil.
Dindi lal.
Bu nə dünya, bu nə hal?
Bir az işığından,
Bir az rəngindən,
Alovundan da bir az,
Kədərindən də az-maz,
Yuxusundan bir çimir,
Nağılından bir əlçim,
Həsrətindən bir içim,
Çəkdim başıma - içdim! -
Havalandı arzu, qəm,
Qəfil dəyişdi aləm!
Bu havalı başla,
Bu dürlü yaşla
ölmək çətin olacaq!
Bu oddan, kədərdən, bu ehtirasdan
Deyəsən həzin bir ağrı qalacaq!?

18.12.2005
XS
SM
MD
LG