Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:27

Baş infeksionist: «Ölkədə qrip epidemiyası yoxdur»


Foto: Arxiv
Foto: Arxiv
-
««Qarın yağması xəstəliklərin sayını azaldar» fikrini əvvəllər söyləyərdilər. Amma indi hesab edilir ki, qarın yağması, havaların soyuması insan səhhətinə pis təsir edir. Çünki soyuq hava şəraitində insan orqanizmi zəifləyir, bu da xəstəliyin yaranmasına imkan verir. Belə şəraitdə insanlar arasında əsasən soyuqdəymə halları artır, qrip xəstəlikləri baş qaldırır».

Bunu «Trend»ə müsahibəsində Azərbaycanın baş infeksionisti Namiq Əliyev deyib.

O bildirib ki, qrip xəstəliyini törədən infeksiyalar qarlı havada məhv olmur. Belə hava şəraiti yalnız mikrobların sayını azalda bilər. Qarlı hava insanlar arasında kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısını almır.

İnstitut direktoru bəzi məsləhətlərini də verib. O deyib ki, soyuq havalarda insanlar soyuqdəymə, qrip və paraqriplərdən qorunmaq üçün burun deşiklərinin hər ikisinə «İnterferon» damcısı tökməli və ya «Oksolin» mazı çəkməlidirlər. Bununla yanaşı, insanlar yaxşı qidalanmalıdırlar.

N.Əliyev qeyd edib ki, bu il soyuqdəymədən əziyyət çəkənlərin sayı ötən ildəkindən azdır. Hazırda ölkədə qrip epidemiyası yoxdur.
XS
SM
MD
LG