Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:21

Əli Həsənov: İran televiziyasının Anar Bayramlı adlı müxbiri yoxdur


Əli Həsənov
Əli Həsənov
«İran televiziyasının müxbiri kimi təqdim olunan adda İran televiziyasının Azərbaycanda rəsmi akkreditasiyadan keçmiş jurnalisti, müxbiri, yaxud əməkdaşı yoxdur».

Bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İran televiziyasının müxbiri kimi təqdim edilən Anar Bayramlının saxlanmasına münasibət bildirərkən deyib.

Ə.Həsənov «APA»ya bildirib ki, İran televiziyasının Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş nümayəndəsinin adı bəllidir:

«Onunla bağlı Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlarda qeydlər var. Amma mətbuatda adı İran televiziyasının müxbiri kimi çəkilən adda əməkdaş yoxdur».

Anar Bayramlını fevralın 17-də Binəqədi rayon polisi saxlayıb. Ondan narkotik vasitə götürüldüyü bildirilir.
XS
SM
MD
LG