Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:12

Medvedev müxalifətə siyasi islahat vəd elədi


Fevralın 20-də Rusiya prezidenti Dmitry Medvedev parlament seçkilərindən sonra ölkədə etirazlar təşkil edən müxalifət liderləri ilə görüşüb. Martın 4-də keçiriləcək prezident seçkisindən cəmi 2 həftə əvvələ təsadüf edən görüşdə bəzi qeydiyyata alınmayan partiyaların lideri, o cümlədən solçuların lideri Sergei Udaltsov və keçmiş nazir Boris Nemtsov da iştirak edib. Görüşdə müxalifət siyasi islahatlar tələbini səsləndirib.

Medvedev son 4 ildə bəzi islahatlar apardığını, bundan sonra daha fəal olacağına söz verib və siyasi partiyaların qeydiyyatı məsələsindən başlayacğaını da əlavə edib:

"Bizi siyasi sistemimiz idealdan uzaqdır və buaradakılar bunu tənqid edir, bəzən çox sərt şəkildə. Ancaq eyni zamanda,siyasi islahatları hər kəs tərəfindən qəbul edilən ideyalar üzərində aparmaq lazımdır. Mən inanıram ki, bunun vaxtı çatıb".


Martın 4-də keçiriləcək seçkilərdə keçmiş prezident və indiki Baş nazir Vladimir Putin əsas namizəddir.
XS
SM
MD
LG