Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:45

Quba hadisələri ilə bağlı cinayət işinin maddələri bəlli oldu


Quba, 1 Mart,2012
Quba, 1 Mart,2012
Quba hadisələrinə görə saxlanılmış Yusif Danyalovun vəkili Rəfiqə Seyidova martın 6-da onunla görüşüb.
Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil bildirib ki, Yusif Danyalov Cinayət Məcəlləsinin 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunur. O hazırda DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır.
Vəkil bildirib ki, Yusif Danyalov etiraz aksiyasına qatıldığını, ancaq yanğın hadisələrində iştirak etmədiyini bildirib: “O icra başçısının getməsini tələb edənlərdən biri olub, ancaq yanğın hadisəsində iştirakı olmayıb. Bununla bağlı mənim vəsatətim olacaq”- deyə Rəfiqə Seyidova bildirib.

VƏKİL GÖRÜŞƏCƏK

Qubadan yeni görüntülər (2 Mart)

Martın 1-də Qubada baş verən hadisələr zamanı saxlananlardan biri Samir Xammədov olduğu deyilir. AzadlıqRadiosunun əməkdaşları Samir Xammədovun ailəsi ilə görüşüblər

Quba hadisələrində həbs olunmuş Samir Xammədov Cinayət Məcəlləsinin 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunur. O, ittihamları qəbul etmir.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Qubad Salayev məlumat verib. Vəkilin sözlərinə görə, Samir Xammədov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Vəkil martın 7-də onunla görüşəcək.

Quba hadisələrində ittiham olunan Fərhad Abdulrəhmanov da Cinayət Məcəlləsinin 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü maddələri ilə ittiham olunur.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Səfər Hüseynov məlumat verib. Vəkil Fərhad Abdulrəhmanovla martın 5-də DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində görüşüb. Vəkilin sözlərinə görə, o, yaxın günlərdə Bakı İstintaq Təcridxanasına göndəriləcək.

İttihamlar təsdiqlənərsə, onları 2 ildən 3 ilədək həbs gözləyir.

Qubada baş verən hadisələrin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Baş Prokurorluğun mətbuat xidmətindən cinayət işinin hansı maddələri ilə araşdırıldığı, istintaqın gedişi, həbs edilənlərin sayı ilə bağlı məlumat verilmir.
XS
SM
MD
LG