Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:58

Amnesty International: «Eurovision» keçirməklə insan haqları pozuntularını pərdələmək olmaz


Amnesty International hüquq-müdafiə təşkilatı
Amnesty International hüquq-müdafiə təşkilatı
«Azərbaycan hakimiyyəti martın 6-da Bakıda dinc aksiyada dörd gənc fəalın polis tərəfindən döyülməsini dərhal araşdırmalıdır». Bunu Amnesty International hüquq-müdafiə təşkilatı dünən yaydığı bəyanatda bildirir.

MƏCİD MƏRCANLI VƏ ƏBÜLFƏZ QURBANLI DÖYÜLÜBLƏR

Polis Bakının mərkəzində nümayişi zorakılıqla dağıdarkən Cabbar SavalanlıDəyanət Babayev 14 etirazçı ilə birlikdə saxlanıb. Şahidlər xəbər verir ki, Məcid Mərcanlı və Əbülfəz Qurbanlı sonradan Yasamal Rayon Polis Şöbəsində döyülüblər.

Aksiya iki vicdan məhbusunun həbsxanada döyülməsi barədə məlumatlara etiraz olaraq keçirilib.

Martın 5-də «Azadlıq» qəzeti 2 aprel məhbusları Babək HəsənovMəhəmməd Məcidlinin bir həbsxanadan digərinə köçürülən zaman nəzarətçilər tərəfindən döyülməsi barədə məlumat yayıb.

«EUROVİSİON» KEÇİRMƏKLƏ İŞ DÜZƏLMİR

Amnesty International xatırladır ki, Azərbaycan bu ilin mayında Eurovision mahnı müsabiqəsi keçirəcək. Ötən ilin oktyabrında isə bu keçmiş sovet ölkəsi BMT-nin Təhlükəsizlik Şurasına seçilib.

Qurumun Avropa və Orta Asiya üzrə proqram direktorunun müavini John Dalhuisen deyib:

«Azərbaycan dinc etirazçıları döyməkdə və həbsə atmaqda davam edirsə, özünü hüquqlara hörmət edən demokratik ölkə kimi təqdim edə bilməz. Rejim anlamalıdır ki, Eurovision kimi gözqamaşdırıcı tədbirlər keçirməklə ölkədəki insan haqları pozuntularını pərdələmək olmaz. Dinc aksiyalara münasibət kökündən dəyişməlidir».

«Azərbaycan bütün saxlananları dərhal buraxmalı və gənc fəallara hücumları araşdırmalıdır», John Dalhuisen belə deyib.
XS
SM
MD
LG