Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:15

Mətbuat Şurası X.İsmaylovanın məsələsilə bağlı baş prokurora müraciət edib


Azərbaycanın Mətbuat Şurası «Azadlıq» radiosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına aid video-görüntülərin yayılmasını pisləyir”.

APA-nın məlumatına görə, şuranın məsələ ilə bağlı baş prokuror Zakir Qaralova göndərdiyi müraciətdə bildirilir ki, Azərbaycan qanunvericiliyində hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlıq hüququnun qorunması nəzərdə tutulur və jurnalist Xədicə İsmayılova ilə bağlı yayılmış video-görüntü bu baxımdan yolverilməzdir.

Müraciətdə bu cür görüntülərin yayılmasının etik normalara zidd olduğu bildirilir.

Müraciətdə baş prokurordan məsələnin hərtərəfli araşdırılması, etik çərçivədən kənara çıxan video-görüntünün hazırlanması və yayılmasına hüquqi qiymət verilməsinə kömək etməsi xahiş olunur.

Qeyd edək ki, bu gün internetdə “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayılovanın şəxsi həyatına aid video görüntü yayılıb.
XS
SM
MD
LG