Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

Xədicə İsmayılova: «İstintaq təhdid faktını da əsas götürməlidir» [AzadliqFM-in xüsusi buraxılışı]


Xədicə İsmayılova
Xədicə İsmayılova

«TƏHDİDLƏR DƏ NƏZƏRƏ ALINMALIYDI»

AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova Bakı şəhər Prokurorluğuna dəvət olunub. O prokurorluğa martın 17-də vəkili Adil İsmayılovla gedəcək.

Amma o cinayət işindən narazı qaldığını deyib. Onun sözlərinə görə, araşdırma zamanı təkcə şəxsi həyata müdaxilə faktı nəzərə alınmamalıdır.

«Mənə təhdid məktubu gəlib. İstintaq zamanı təhdid faktı da əsas götürülməlidir. Bu açıq-aşkar təhdid məsələsidir. Bəri başdan deyirəm ki, mən Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə iş açılmasını qınayıram. Təhdidlər də nəzərə alınmalıydı».

Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata aid məlumatların, sənədlərin, çəkilişlərin, səs yazılarının yayılmasını, habelə satılması və ya başqasına verilməsini qadağa edir. Bu maddəylə təqsirli bilinən kəs 100 manatdan 500 manatadək cərimə edilə bilər. Həmin şəxsin 240 saatadək ictimai işlər və ya 1 ilədək islah işləri ilə cəzalandırılması da mümkündür.


RATİ-də X.İsmayılova ilə bağlı dəyirmi masa (1-ci hissə)

Xədicə İsmayılova martın 8-də hədə məktubu alıb və xəbərdarlıq edilib ki, onunla bağlı intim görüntülər yayımlana bilər. Jurnalist və beynəlxalq hüquq-müdafiə təşkilatları bunu pisləyiblər. Bu həftə isə jurnalistlə bağlı intim görüntülər internetdə yayımlanıb.

Hazırda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda Xədicə İsmayılova ilə bağlı dəyirmi masa keçirilir.


«BU, BİRBAŞA PREZİDENT ADMİNİSTRASİYASINDA HAZIRLANAN AKSİYA İDİ»

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib: «Bu, birbaşa

RATI-də X.İsmayılova ilə bağlı dəyirmi masa (2-ci hissə)



Xədicə İsmayılova Bakı prokurorluğunda istintaqa
çağırılması ilə bağlı məlumat verir
Prezident Administrasiyasında hazırlanan aksiya idi». O, əvvəllər də başqa jurnalistlərlə bağlı belə materialların yayımlanmasını misal gətirib.

Jurnalist Aynur Elgünəş qadın jurnalistləri və jurnalist təşkilatlarını, hüquq müdafiəçilərini baş verənlərə reaksiya verməməkdə qınayıb.

PA-da ictimai-siyasi şöbə müdiri Əli Həsənov isə martın 15-də baş verənləri pisləyib və günahkarın cəzalandırılmalı olduğunu deyib.


«AMNESTY İNTERNATIONAL» XƏDICƏ İSMAYILOVA HAQDA

Jurnalist Xədicə İsmayılovaya qarşı təxribat və şantaj hakimiyyətdəki korrupsiya faktlarının araşdırılması ilə məşğul olan jurnalisti gözdən salmaq üçün çirkin cəhddir.

Bunu «Amnesty İnternational» təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini John Dalhuisen bildirib.


RATİ-də X.İsmayılova ilə bağlı dəyirmi masa (3-cü hissə)


Xədicə İsmayılova "Prezident aparatından gələn bəyənatlara inanmıram."
«Gizli kameranın Xədicə İsmayılovanın mənzilində quraşdırılması və sonradan video çəkilişin guya müxalifətə məxsus saytda yerləşdirilməsi hakimiyyətin buna bağlılığından xəbər verir», - John Dalhuisen bildirib.

«Bu təxribat elə düşünülüb ki, jurnalistin nüfuzuna maksimum zərər vurulsun, mühafizəkar Azərbaycanda ətrafdakılar tərəfindən zorakılıq riskinə məruz qalsın».

Xədicə İsmayılovaya qarşı təqib kampaniyası həm də hakimiyyətə məxsus «Yeni Azərbaycan» qəzetində də aparılıb.

FƏZAİL AĞAMALI: «ÖZƏL HƏYATA MÜDAXİLƏ YOLVERİLMƏZDİR»

«Xədicə İsmayılova ilə bağlı baş verənlərə münasibətim çox mənfidir. Bunu pisləyirəm. Düşünürəm ki, bunu edən mənəvi dəyərlərdən uzaq, tərbiyəsiz bir adamdır».


RATİ-də X.İsmayılova ilə bağlı dəyirmi masa (4-cü hissə)


X.İsmayılova: "Şantaj cəhdlərinin arxasında məni prezidentin ailə biznesi ilə bağlı araşdırmalardan çəkinmək istəyi durur"
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı jurnalist Xədicə İsmayılovayla bağlı görüntülərin yayımlanmasına belə münasibət bildirib. O AzadlıqRadiosuna açıqlamasında deyib:

«Kimliyindən asılı olmayaraq hər kəsin özəl həyatı var. Özəl həyata müdaxilə yolverilməzdir. Baxmayaraq ki, Xədicə xanımla mənim aramda ayrı-ayrı məsələlərə münasibətdə çox ciddi fərqlər var. Amma bütün bunları kənara qoyuram. Onunla bağlı təşkil edilmiş bu çəkilişi də, onun efirə buraxılmasını da mən pisləyirəm və düşünürəm ki, bu yolverilməzdir. Bu tərbiyəsizlikdir».

Fəzail Ağamalıya görə, kimsə Xədicə İsmayılovadan intiqam almaq üçün də həmin kadrları yaya bilərdi. Deputat istisna etmir ki, baş verənlər xaricdən, Azərbaycanı istəməyən qüvvələr tərəfindən təşkil edilib. «Burda Azərbaycan əli yoxdur».


«HÖKUMƏT BU CÜR TƏHDİDLƏRİN BAŞ VERMƏSİNİ İSTİSNA EDƏN ATMOSFERİ TƏMİN ETMƏLİDİR»

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu jurnalist Xədicə İsmayılovanın şantaj və təqib olunmasını pisləyib.

Koalisiyanın bəyanatında X. İsmayılovanın təqib edilməsinin və qorxudulmasının

RATI-də X.İsmayılova ilə bağlı dəyirmi masa (5-ci hissə)


RATİ-də X.İsmayılovanın şantaj olunması ilə bağlı keçirilən dəyirmi masada müzakirələr
təcili və tam təhqiqatına çağırılır. Koalisiya dövlət və özəl KİV-in etik öhdəliklərə əməl etməsinin və redaksiya nəzarətinin vacibliyini xatırladır. Onları etik normalara uyğun olmayan yazıların dərcindən və yayımlanmasından çəkinməyə çağırır.

«Xədicə İsmayılovaya qarşı çirkin kampaniyanın məqsədi birdir - tənqidi yazıların dərcinə son qoymağa məcbur etmək. Onu şantaj edənlər çox yaxşı bilirlər ki, Azərbaycan cəmiyyəti intim xarakterli məsələlərə həssas yanaşır və onlar başa düşürlər ki, bu, X. İsmayılovanın özü üçün də pis nəticə verə bilər. Azərbaycan hökuməti bu hücumların araşdırması üçün dərhal tədbirlər görməli, bu cür təhdidlərin baş verməsini istisna edən atmosferi təmin etməlidir», - Koalisiyanın koordinatoru, ARTICLE 19-un icraçı direktoru Agnès Callamard bildirib.

Bəyanatda bildirilir ki, Azərbaycanda jurnalistləri qorxutmaq üçün böhtan kampaniyasından istifadə olunması birinci dəfə deyil. Bu cür hallarla «Azadlıq»

RATI-də X.İsmayılova ilə bağlı dəyirmi masa (6-cı hissə)


AzadlıqFM-ə gələn şərhlər
qəzetinin redaktoru və direktoru Qənimət Zahidovla, Azər Əhmədov, həmin qəzetin müxbiri Aqil Xəlil və başqaları üzləşib.

Bəyanatı 11 təşkilat imzalayıb: ARTICLE 19, Norwegian Helsinki Committee (Norveç Helsinki Komitəsi), WAN-IFRA, Reporters Without Borders (Sərhədsiz reportyorlar Təşkilatı), Media Diversity Institute (Media Müxtəlifliyi İnstitutu), Index on Censorship, Human Rights House Foundation, International Federation of Journalists, Freedom House, Committee to Protect Journalists (Jurnalistləri Müdafiə Komitəsi), Human Rights Watch.
XS
SM
MD
LG