Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:11

Azərbaycanın İrandakı səfiri xarici işlər nazirliyinə çağrılıb


Arxiv foto
Arxiv foto
Martın 17-də Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub. Bu haqda məlumatı AzadlıqRadiosuna Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevdən bildirib.

Onun sözlərinə görə, İran tərəf Azərbaycan hüquq-mühafizə orqanlarının son ayda keçirdiyi əməliyyatlarla bağlı etirazını bildirib. Yada salaq ki, ötən həftə Milli Təhlükəsizlik Nazirliyi İranın xüsusi-xidmət orqanı –SEPAH-ın Azərbaycanda bəzi qüvvələrə terror-təxribat törətməsi haqda tapşırıqlar verməsiylə bağlı məlumat yayıb. İran da bundan narazılığını bildirib.

Elman Abdullayev danışıqların təfərrüatından məlumatsız olduğunu deyir. Amma bildirir ki, Azərbaycan iki ölkənin münasibətlərinə mehriban qonşuluq prizmasından yanaşır. «Bu prinsip Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda imzaladığı bəyanatda da əksini tapıb. Həmçinin son zamanlar Azərbaycan və İran arasında dövlətlərarası səfərlər həyata keçirilir».

Elman Abdullayev
Elman Abdullayev
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi 22 nəfərlik qrupun son 11 ildə İran xüsusi xidmət orqanlarına casusluq etməsi haqda məlumat yayıb. Onlar dövlətə xəyanətdə təqsirli bilinirlər.

Qrup üzvlərindən biri Niyazi Kərimovun qardaşı Natiq Kərimov bu deyilənləri absurd və əsassız sayır.

Bu il martın 7-də Naxçıvanda imzalanan bəyanatda regionda baş verən proseslərə dəstək ifadə olunub. Tərəflər dialoqu XİN səviyyəsində deyil, həm də iqtisadi inkişaf, nəqliyyat, turizm, mədəniyyət və energetika sahələrində davam etdirmək barədə razılığa gəliblər.
XS
SM
MD
LG