Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:02

«Kon -Tiki və mən» iki dildə çapdan çıxdı


Betty Bleir
Betty Bleir
«Azerbaidjan İnternasional» dərgisinin baş redaktoru Betti Bleyer (Betty Bleir) Erik Hesselberqin «Kon Tiki və mən» (Erik Hesselberg «Kon-Tiki and I» ) adlı kitabını ingilis və Azərbaycan dillərində birgə nəşr edib.

Xəbəri Betti Bleyer AzadlıqRadiosuna verib.

Erik Hesselberq kitabın müəllifi və illüstratorudur.

O, Tur Heyerdalın 1947-ci ildə təşkil etdiyi Kon-Tiki səyahətinin heyət üzvüdür.

Kitab bu sözlərlə açılır:

Kon-Tiki və mən
Kon-Tiki və mən
«Çoxları balza ağacından hazırlanmış və Peru əfsanəsinin qəhrəmanı «Kon-Tiki»nin adını daşıyan bu ibtidai salın Sakit okeanın 8000 dəniz mili o tayındakı Polineziya adalarına çatmadan yolda batacağına inanırdı. Lakin Heyerdal ibtidai insanların okean cərəyanlarından istifadə etməklə həmin məsafəni qət etdiyinə və öz heyətinin də bu işin öhdəsindən gələcəyinə inanırdı. 101 günlük səyahət nəticəsində onlar öz məqsədlərinə nail oldular».

Girişdən aydın olur ki, Hesselberq illüstrasiyaları salda çəkməyə başlayıb və vətəni Norveçə geri qayıdandan sonra onları tamamlayıb.

Kitab ilk dəfə 1949-cu ildə Norveç dilində çıxıb.

Tur Heyerdalın Kon Tikidən bəhs edən məşhur kitabı bundan 1 il sonra işıq üzü görüb.

Erik Hesselberqin kitabı indiyədək 16 dilə tərcümə edilib.

Azərbaycan dilinə tərcümə ən sonuncudur.

Bu həm də iki dildə - Azərbaycan və ingilis dilində tərtib edilmiş yeganə nəşrdir. İngilis dili öyrənənləri nəzərə alıb orijinal mətndə bu məqsədlə kiçik dəyişikliklər də edilib.

Kitabı Azərbaycan dilinə Sevinc Seyidova çevirib.

Nəşrin baş redaktoru və layihənin əlaqələndiricisi Betti Bleyerdir.

Kitab İstanbul Meqa Printdə çap olunub.

Xatırladaq ki, ötən il Betty Blairin rəhbərliyi ilə Tur Heyerdalın (Thur Heyerdahl) ilk dəfə Azərbaycan dilinə tərcümə olunmuş «Adəmin izləri ilə. Xatirələr» və «Tur Heyerdal: Sərhədləri aşaraq, dənizləri aşaraq—Azərbaycanla əlaqələr» kitabları da çıxıb.
XS
SM
MD
LG