Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:30

Daşqından zərərçəkənlər yenidən icra nümayəndəliyinə toplaşıb


Aprelin 4-də Sabirabad rayonunun Minbaşı kəndində daşqından zərərçəkən sakinlər yenidən kənd icra nümayəndəliyi qarşısına toplaşıblar. Sakinlər onlara çatacaq kompensasiyanın verilməsini tələb ediblər.

Minbaşı kəndinə gələn rayon icra hakimiyyətinin nümayəndələri sakinlərlə danışıqlar aparıb problemin yaxın vaxtlarda həll olunacağını deyiblər.

«Bizə deyildi ki, dağılışın problemlər həll olunacaq, kompensasiyaları mənimsəməkdə ittiham etdiyiniz kənd icra nümayəndəsi işdən çıxarılacaq. Bizə kiminsə işdən çıxarılması lazım deyil, büdcədən ayrılan və bizə çatacaq kompensasiyaları istəyirik. İndiyə qədər bizə çatacaq vəsaiti ala bilmirik. Özü də tək bizim kənd deyil, daha 3 kənddə də adamlar hələ də kompensasiyaları almayıb. Bizi sakitləşdirmək üçün vədlər verirlər, amma tələblərimizlə bağlı addım atılmır. İndi kəndin klubunda icra hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov camaatla görüşür. Görək bizə nə deyirlər».

Sakinləri bildirirlər ki, tələbləri yerinə yetirilməsə onlar rayon mərkəzinə yürüş edəcəklər.
XS
SM
MD
LG