Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:50

GEN MMC-dən ziyan çəkənlər H.Əliyevin məzarını ziyarətə buraxılmadı [VİDEO]


GEN MMC-dən ziyan çəkənlər Fəxri Xiyabana buraxılmadı
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

GEN MMC-dən ziyan çəkənlər Fəxri Xiyabana buraxılmadı


Aprelin 10-da «GEN» MMC tikinti şirkətinin onları aldatdığını deyən bir qrup Bakı sakini Heydər Əliyevin məzarını ziyarət etmək istəyiblər. Amma polis onları Fəxri Xiyabana buraxmayıb.

Ziyarətə gələnlər AzadlıqRadiosuna bildiriblər ki, uzun illərdir onlar məmurlar tərəfindən aldadılır: «Bizi heç kim dinləmir. Bugün Fəxri Xiyabanda "Quran" oxumaq, öz problemlərimizi Heydər Əliyevin ruhuna demək istəyirdik. Amma bizi ora da buraxmadılar».

Polis əməkdaşları Fəxri Xiyabana xarici qonaq gələcəyini və 1 saat ərzində xiyabanın bağlı olacağını deyiblər.

2010-cu il mayın 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMC tikinti şirkətinin rəhbərinə və işçilərinə hökm oxunub.

Məhkəmənin hökmü ilə şirkətin rəhbəri Elbrus Əliyev 12, digər işçiləri Əliyar Abbasov 10, Həbib Ağayev 10, Nəbi Məmmədov 11, Asif Ələmov 10, Ramin Əliyev 10, Kamran Məmmədov 9, İlkin Səfərov 9, Mehparə Cəfərzadə isə 7 il müddətinə azadlıqdan məhrum olunub.

Məhkəmə məhkum olunanların əmlaklarının müsadirə olunmasına dair qərar da çıxarıb.

Elbrus Əliyev və barələrində hökm çıxarılmış digər şəxslər ev tikmək adı ilə 373 nəfəri aldadaraq külli məbləğdə pullarını mənimsəməkdə təqsirləndirilirdilər.
XS
SM
MD
LG