Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:34

Çeçenistanda «Dedi-qodusuz yer» adlı kampaniyaya başlayıblar


«Sakit sür, uzağa sür»
«Sakit sür, uzağa sür»
Keçən həftə Çeçenistanda hökumətin siyasətini müdafiə edən gənc fəallar «Dedi-qodusuz yer» adlı kampaniyaya başlayıblar. Onlar maşınların şüşələrinə vətəndaşları ağızlarını yummağa çağıran şüarlar yapışdırıblar. Həmin şüarlardan bəziləri belədir: «Sakit sür, uzağa sür», «Ağzını yalnız yeməyə aç».

Təşkilatçılar taksi və avtobus sürücülərini özlərinin əsas hədəfləri elan ediblər.
Çeçenistanda çoxları düşünür ki, əslində bununla prezident Ramzan Kadyrov özü haqqında yayılan söz-söhbətin qarşısını almağa çalışır. ​Çünki bu kiçik Şimali Qafqaz respublikasında Kadyrovun ekstravaqant həyat tərzi və qeyri-adi hobbiləri, o cümlədən də onun öz nazirlərini döyməsi haqqında çox sayda lətifələr dolaşır.

Amma görünür, kampaniya təşkilatçıları onun əks-effekt verə biləcəyini düşünməyiblər. Süleyman adlı Qroznı sakini deyir ki, bu kampaniya başlayandan bəri Kadyrovun haqqında lətifələrin sayı daha da artıb.
XS
SM
MD
LG