Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

Mehriban Ələkbərzadə: "Cənnət Səlimovanın fəaliyyətindən bədbinəm"


Mehriban Ələkbərzadə: “Qarabağ haqda filmdən imtina etdim"
Gözlə

No media source currently available

0:00 0:53:42 0:00
Direct-ə keçid

Mehriban Ələkbərzadə: “Qarabağ haqda filmdən imtina etdim"

.
3 gəda məmuru dövlət adlandırmazdım...

Mən güclüləri sevirəm, istər Stalin olsun, istər İsgəndər olsun, istər Bağırov olsun.

1918-ci illə bağlı elədiyim filmə kənar əllər uzandı. Bu daha ağır idi.

Cənnət Səlimovanın fəaliyyətindən bədbinəm. Gənc Tamaşaçılar Teatrında məğlubiyyəti məğlubiyyət ardınca görürəm.



Rejissor, telejurnalist Mehriban Ələkbərzadə “Pen klub”da qonağımızdır. PROQRAMI DİNLƏ


“AZƏR PAŞA 10 GÜNƏ DƏ TAMAŞA QOYA BİLİR”

- Mehriban xanım, teatr yoxsa televiziya?

- İndi teatr.

- Nə üzərində işləyirsiz teatrda?

- “Qatar altına atılan qadın”ı təzə bitirdim.

- Təzə deyəndə keçən ilin mayında, ötən sezonun sonunda təhvil vermişdiz.

- Bir ildə bir tamaşa qoymaq olar əslində.

- Amma Azər Paşa Nemətov bir neçə aydan bir qoyur.

- Azər Paşa 10 günə də tamaşa qoya bilir. Onun o xüsusi qabiliyyəti məndə yoxdur. Zarafat edirəm. Amma 10 günlük, ya 20 günlük məşqlə tamaşa hazırlamaq mənlik deyil. Mən daha ağır işləyirəm.

“İBLİS”İN BƏXTİ AÇILMIR, “ƏMİR TEYMUR” İSƏ…

- Buna görə “İblis” yubanır?

- “İblis”in bəxti açılmır. Amma inşallah “Teymur”un bəxti açılacaq. Özü də mən ona Topal Teymur yox, Əmir Teymur deyirəm. hələlik rejissor işi gedir. İnşallah bu ilin sonuna “Əmir Teymur” hazır olacaq.

- Hüseyn Cavidin “Topal Teymur”unu deyirsiz yəqin ki?

- Əlbəttə. Hüseyn Cavid bütün Avropanın Böyük Teymur dediyi Teymura topal deməklə pyesi repertuarda saxlamağa çalışmışdı. Ya da bu adla əsəri saxlamaq istəyirdi. Cavid əslində ona həm də fəlsəfi mənada topal demişdi. Əsərin sonunda deyir ki, bu bir yığın bəşəriyyətə sənin kimi kor, mənim kimi topal başçılıq edirsə, onda vay…

- Amma Əmir Teymurun da ziddiyyətli hərəkətləri olub. Elə sultan Bəyazidin xanımı ilə bağlı davranışı…

- Böyük şəxsiyyətlərin böyük, anlaşılmaz addımları olur. Bu, türk kişilərində ən zəif damardır. Mən bu xəttə toxunmaq istəmirəm.

- Amma Teymurun bu hərəkətindən sonra Osmanlı ciddi qərarlar verdi.

- Osmanlının qanı çoxdan dəyişmişdi. O qədər dəyişmişdi ki, üst qatda görünən
səbəblər önəmli deyildi. Dindəki sünni-şiə məsələsindən titmuş başqa məsələlərə kimi… Türklərdə bir söz var – kibr. O, tək qürur deyil, özündən razılıq deyil, təkəbbürə yaxındır, amma onun daha qatı variantıdır. Teymurda da, İldırım Bəyazitdə də bu vardı, ikisi də türk dünyasına nəsə sübut eləmək istədiyi halda bütün xristian dünyasını sevindirdilər. Acı budur, ağrı budur. Amma ikisi də türk dünyasına mənsubdursa, ikisi də mənimdir. Bu mənada onun qüsurlarına yox, sabaha ox işarəsi olacaq addımlarını göstərmək istəyirəm.

“MƏN GÜCLÜLƏRİ SEVİRƏM, BU, MƏNİM ZƏİF DAMARIMDIR”

- Siz Mircəfər Bağırov haqda film çəkdiz. Bağırova ikili münasibət olduğu üçün film az tənqid olunmadı. İndi də ziddiyyətli, birmənalı qəbul edilməyən, bəzi tədqiqatçılara görə, Şərqi inkişafdan saxlayan Əmir Teymur haqda tamaşa hazırlamaq istəyirsiz. Niyə həmişə belə adamlara müraciət edirsiz? Gördüyünüz işin daha çox danışılması üçün, yoxsa mürəkkəblik, ziddiyyətlər sizi özünə çəkir?

- Mən ümumiyyətlə, güclü şəxsiyyətləri sevirəm. Güclü şəxsiyyətlər birmənalı qəbul olunmur. Birmənalı, hamı tərəfindən yaxşı qəbul olunan adamlardan qorxulusu yoxdur. Ən güclü insanlar, tarixi dəyişənlərsə birmənalı qəbul edilə bilməz. Və mən güclüləri sevirəm, istər Stalin olsun, istər İsgəndər olsun, istər Bağırov olsun. O insanlar ki, insan gücündən daha artığına qadirdir, onlar həmişə məni cəlb ediblər. Bu, mənim zəif damarımdır.

- Bağırov haqda filmdə bir məqam yada düşür. İran Azərbaycanı ilə sovet Azərbaycanını birləşdirməkdən söhbət gedir. Qəfil Bağırova Moskvadan zəng gəlir və deyilir ki, bü, mümkün deyil.

- Bu faktdır, bəli.

- “Güclü şəxsiyyət” prosesə müdaxilə edə, onu əngəlləyə bilərdimi?

- Sərkərdə Stalin idi. Onun yanında qərar qəbul etmək mümkün deyildi. Mircəfərin gücü ərazisini və insanlarını müdafiə eləməyə çatardı, bunu da etdi.

- Amma Bağırov həmin şəxsdir ki, əli minlərlə ziyalının qanına bulanmışdı.

- Xruşşovun da əli qana bulaşmışdı, özü də dirsəyinə qədər. Onunla müqayisədə Bağırov daha kiçik ölkənin sahibi idi. Heç də bütün qərarları o verə bilmirdi. Stenoqramlar və seyfindən çıxan 2-3 fakt buna yetərli sübutuydu. Adını çəkməyəcəyim bir ailə var, onun övladları bu gün də Mircəfər rejiminə lənət oxuyur. Amma həmin ailənin başçısı Mircəfərin başının üstündən daha kimlər “vətən xaini”dir deyib Azərbaycan ədiblərinin siyahısını verənlərdən idi.

- Həmin ailə kimdi?

- Axı dedim ki, adını söyləməyəcəm. O qədər məşhur ailədir ki, bu gün bu ölkədə yaşamasalar da, yenə də söz sahibidirlər.

“ƏLLƏRİNDƏ KOMPRAMAT DA VAR”

- Necə bilirsiz, arxivlər açılmalıdırmı? Həqəqtlərin üzə çıxması üçün lazımdırmı?

- Yox. Azərbaycan kiçik ölkədir, araşdırsaq bir-birimizə qohum çıxacağıq. Ona görə MTN arxivlərinin açılmasının tərəfdarı deyiləm.

- Amma 30-cu illərdə bir-birindən donos yazan ədiblərin, yazarların övladları 60-cı illərdə dost oldular. Bunu bilə-bilə.

- Daimi dostlar yoxdur, daimi maraqlar var. Məslək və əqidə dostluğu görmədim. O
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
insanların dostluğuna da inanmıram. Bu gün də onların mənafe maraqları var, istənilən fürsətdə onlar bir-birini məhv edə bilərlər. Və əllərində kompramat da var. Paradoksdur. Amma həmin lənətləri yağdıran həmin donosları yazanların övladlarıdır.

“ELƏ SERİAL ÇƏKMƏK ÜÇÜN BİR YOX, BƏLKƏ DƏ ON MEHRİBAN LAZIMDIR”

- Peşəkar rejissorsuz, televiziyanı da bilirsiz. Bu günlərdə belə xəbər gəldi ki, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova teleserial çəkə bilər. Ürəyinizdən keçərmi ki, siz də tarixi mövzuda bədii serial çəkəsiz?

- “Möhtəşəm” kimi?

- “Möhtəşəm 100 il”i deyirsiz?

- Hə, doğrudan da möhtəşəmdir. Çox peşəkarcasına çəkilir. Mənim üçün serialda peşəkarlığın son həddidir. Kostyumlardan tutmuş divardakı oymalara qədər hər detalın üstündə işləyirlər. Hərəmxananı verməklə Osmanlının süqutunun özülünü göztərirlər ki, qan qarışığı nələrə səbəb oldu. Çox zaman yaradıcı heyəti qınayırlar ki, niyə döyüşlər yoxdur, filan yoxdur. İstəklər təbiidir. Amma mən bu qrupun sualtı, daşaltı məqsədlərini rahat hiss elədim. Onlar 3 qitəni əldə saxlayan imperiyanın hardan çürüdüyünü göstərirlər. Osmanlı imperiyasının şahzadələrinin qanına fikir verin, onu idarə edənlərin kimliyinə, laylalarına fikir verin. Özü də bu mesaj sürəkli verilir. “Gün var əsrə bərabər”də Nayman ananın SOS-undan da ciddidir. Belə bir film çəkmək üçün bir rejissor bəs deyil. Burda bir Mehriban yox, bəlkə də on Mehriban lazımdır. Ətrafdasa alacağından çox verəcəyini düşünən insanlar var. Sağ olsun həmkarlarımız, bir-birimizin ayağından çəkmək, quyuya salmaq, “ya mənə, ya heç kimə” düşüncəsi var deyə çətin olar.

“QARABAĞ HAQDA FİLMİN PULUNU O QƏDƏR QOPARTDILAR Kİ…”

- Hansı dövrü çəkmək istərdiz?

- Şah İsmayıl, ya da Nadir şah. Azərbaycana qürur gətirən, ərazisinə sahiblik edən
şəxsiyyətləri.

- Potensial varmı çəkməyə?

- Bir bədii film üzərində iş gedirdi. Adını deməyəcəm, bəlkə də çox adam bilir söhbət nədən gedir. Qarabağ haqda, müasir tarixlə bağlı film idi. Bu filmə müəyyən məbləğ ayrılmışdı. Həmin məbləği o qədər qopartdılar ki… Axırda dedilər ki, rejissor qrupuna və başqa qruplara pul verilməməlidir, ancaq film çəkilməldir, döyüş səhnələri çəkilməlidir, yalnız bundan sonra kimlərsə nəsə, o da bəlkə qalsa… Onda mən vadar oldum, uzaqlaşdım. Halbuku mən deyirdim, Azərbaycanda qrim qrupu yoxdur, Rusiyadan gəlməlidir, orda güllə yaraları, parçalanmış bədən və nə bilim nələr vardı. Azərbaycanda yaxşı operatorlar var, ancaq məni döyüş səhnələrini çəkmək üçün Səlahəddin Sancaqlı qane edirdi. Hətta mən ona deyəndə ki, səni dəvət etməyə pulum çatmaz, cavab verdi: “Afrikaya para, Hollivuda ad qazanmağa getmirəm, deyirsizsə, kimlik məsələsidir, onda qrupumla gəlirəm”. Amma mən geri çəkilməyə vadar oldum.

- Bədii film idi?

- Bəli.

- Çəklirmi?

- Mənim üçün maraqlı deyil. Sizin üçün də olmasın.

- Bu günlərdə mən Qarabağ haqda film çəkən bir rejissorla görüşdüm, mən də ad çəkməyəcəm, çünki rejissor məsələnin mətbuata çıxarılmasını istəmədi. Amma dedi ki, filmə 12 milyon manat ayrılsa da, çox davadan, yalvar-yapışdan sonra 4 milyon manatı zorla qoparıblar.

- O bilirdi nəyə gedir. Mənimlə bu oyun baş tutmazdı.

“MƏN DON KİXOT DEYILƏM YEL DƏYİRMANI İLƏ MÜBARİZƏ APARIM”

- Niyə bu məsələni rejissorlar mətbuata çıxarmırlar? İctimailəşdirmirlər?

- Mətbuata çıxarmaqla heç nə alınmayacaq. Güman edirsiz ki, bu şəraiti yaradan özü bunu bilmir? Mən Evrika kəşf edirəm, yoxsa mən Don Kixotam ki, yel dəyirmanı ilə
mübarizə aparıram? Qınaq reaksiya doğurmur. Bizdə vətəndaş mövqeyi yoxdur. Sarkisyan bir dəfə gənclərə dedi ki, mən Qarabağı aldım, Ağrıdağı almaq da sizin işinizdir. Bu məni çox ağrıtdı. İnamımdan çox istəyim var ki, nə vaxtsa Azərbaycanın da sahibi, cavabdehi desin: “Mən Qarabağı aldım, Qərbi Azərbaycanı almaq da o biri nəslin işidir”.

- Bəlkə də böyük savaşlardan öncə hər kəs öz sahəsində savaşını aparmalı, vuruşmalıdır, Mehriban xanım? Məsələn, siz film çəkirsiz, büdcəni kimsə mənimsəyirsə, səsinizi qaldırmalısız, başqa rejissor buna getməməlidir və sairə.

- Mən yetərincə SOS siqnalı verdim. Alınmadı. Bundan əvvəl mənim daha bir itkim oldu, 1918-ci illə bağlı elədiyim filmə kənar əllər uzandı. Bu daha ağır idi. Mən daha sonra onu qorumaqla məşğul oldum.

“O PULU TÜSTÜSÜ ÇIXMAYAN MÖVZULAR ÇƏKƏNLƏRƏ VERİRLƏR”

- Dinləyici soruşur ki, dövlətin lazımsız seriallara külli miqdarda pul ayırmasına necə baxırsız?

- Dövlər lazımsız seriallara pul ayırmayıb. Onu lazımlı adamlar alıb lazımsız ediblər. O başqa məsələdir.

- Niyə o pulu lazımsız edən əllərə verdi dövlət?

- Söhbət ondan gedir ki, o vəzifədə oturanlar alver sahibləridirlər. Bunlar verirlər ki, alsınlar. Hər şeyi satıb alanlardır. Bilirsiz kimlərə verirlər o pulu? Tüstüsü düz çıxan və ya tüstülənməyən mövzular çəkənlərə.

“CƏNNƏT SƏLİMOVADAN BƏDBİNƏM”

- Bu pulu prezident verdi. Və belə məlum oldu ki, prezident də televizyalara baxır, hətta yemək proqramlarına belə. Bu lazımsız serialların çəkildiyini görürsə əl qoya bilərdimi?

- Hələ seriallar çəkilir. Hazır deyil.

- Bəs “Qaynana”…

- “Qaynana” isə serial deyil, bir söz deyəcəm, lağ-ləxşəndədir başdan-ayağa. Yəni kiminsə kimdənsə xoşu gəlir, kiməsə “odoljeniye”dir və ən eybəcər nümunə budur. Ümid doğuran qrup var idi - “Küləklər şəhəri”, peşəkar qrup deyildi. Amma istəyi və yönü normal idi. Onlar bir seriyanı bilirsiz hansı büdcəylə çəkirlər, gülməli yox, hətta ağlamalıdır. Belə gənclərə verilsə bəlkə… O ki qaldı, Cənnət xanım Səlimovaya. Görək bəlkə onda nəsə alındı. Çünki onun Gənc Tamaşaçılar Teatrındakı fəaliyyətindən bədbinəm. Çünki ismi olan rejissordur. Amma mən Gənc Tamaşaçılar-da məğlubiyyəti məğlubiyyət ardınca görürəm. İllah da tarixi əsərlərə çox istərdim toxunmasın. Mən Cabbarlının “Aydın”ını gördüm. Cabbarlıya elə hörmətsiz münasibət olmaz. O həmişə
Mehriban Ələkbərzadə Azadlıq Radiosunun Bakı bürosunda, 26 aprel, 2012
Mehriban Ələkbərzadə Azadlıq Radiosunun Bakı bürosunda, 26 aprel, 2012
müasirdir. Cavidin “Şeyx Sənan”ını gördüm, başa düşdüm ki, yaxşı olar müasir əsərlər qoysun. Ona görə alqışlayıram müaisr serial çəkməyini. Mənim serial çəkməyimə gəlincə, mənim tempimə uyğun deyil.

“…dövlət televiziyasının borcudur”

- Bu günkü televiziyaya baxırsızmı?

- Baxmıram. Hətta çalışıram düyməmdə olmasın.

- Proqramdan çıxarırsız?

- Hə, çünki ağrıyıram. Xəbərlər üçün 1-2 kanal saxlayıram.

- Necə bilirsiz, televiziyalarda maarifləndirici proqramların hazırlanmasına dövlət vəsait ayırmalıdırmı? Çoxları deyir ki, televiziyalar neyləsin, onlar da məcburdur qazanc üçün yüngül proqramlar hazırlayırlar.

- “Televiziyalar neyləsin” söhbəti deyil. Dövlət televiziyaları var. Onların borcudur bu işi aparmaq. Onlar niyə bu eklektikaya gedir, anlaya bilmirəm. Anlayıram ey, amma başqa söz tapa bilmirəm. Mən AzTV-də studiya rəhbəriydim, 5 redaksiya birləşdirilmişdi. Mən onda çox şey anladım. Amma dərk etmək istəmədiyim odur ki, dövlətin televiziyasında dövlətin ideologiyasını heç də reportajlarla, baş verən hadisələrin gündəmiylə aparmaq olmaz. Mən belə düşünürdüm. Fikrimiz də düz gəlmədi.

- Dinləyici yazır ki, yerli televiziyalara baxmıram, hamısı yalandır, xarici kanallara baxıram.

- Ən qorxulusu da budur. Mən özüm də xarici kanallara baxıram. Lənət olsun məni çiyrəndirənlərə. Özümüzdə baxılası bir şey qoymayıblar.

- Başqa dinləyici yazır ki, televiziyalardakı verilişlərə baxmıram, əslində bu onların günahı da deyil. TV-lər bu gün biznes sahəsinə çevrilib, dövlətin verdiyi 300 min manatla TV saxlamaq olmaz.

- 300 min manatla televiziya saxlaya bilmirlərsə, açmasınlar. Deməli, sərf edir. Deməli, alver üçün gözəl məkan tapıb atlarını sürürlər. Hamı televiziyanı müzakirə edə bilər. amma televiziyanı açana sual verilməlidir ki, bu, kimdir, televiziya ilə məşğul ola bilərmi? Elə kefim istədi, televiziya açdım?.. Ən azı gördüyü işlərin… Nəsə… Heç nə təsadüfi deyil. Kimsə dükan açmalıydı, getdi televizya açdı, alver elədi. Eləməsin. Televizya ən ciddi rupordur. Televiziya rəhbərlərinə, keçdikləri yola baxın. Yetər müzakirə. Siz də deyirsiz ki…

- Bu günkü televiziya dövlətin siyasətinin nəticəsidir?

- Mən belə deməzdim. Dövlət bunda maraqlı ola bilməz. dövlətdə bəzi adamlar bunda maraqlı ola bilər.

- Necə maraqlı deyil ki, televiziyaların səviyyəsi bəlli ola-ola orda dəyişiklik aparmır?

- Dövlətdəki məmurlar dövlət deyil.

- Amma bu sahəyə pul ayırıb, rəhbər təyin edir, nəticəni tələb etməli deyilmi?

- 3 gəda məmuru dövlət adlandırmazdım.

- Həmin məmura dövlət nəzarət edə bilmir?

- O başqa məsələdit.
XS
SM
MD
LG