Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:04

Cabbar Savalanlı əsgər getdi


Aprelin 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı hərbi xidmətə aparılıb.

Bu barədə AzadlıqRadiosuna anası Təravət Əliyeva məlumat verib.

Cabbar Savalanlı 2011-ci ilin fevralında narkotik maddə saxlamaq ittihamı ilə həbs edilmişdi. 2 il yarım azadlıqdan məhrum edilən AXCP fəalı az sonra oxuduğu Sumqayıt Dövlət Universitetindən xaric olunmuşdu.

Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirirdi.

Prezidentin sonuncu əfv fərmanına düşən Cabbar Savalanlı azadlığa çıxandan sonra Sumqayıt Dövlət Universitetinə bərpa olunub. Lakin anası Təravət Əliyeva bildirir ki, universitet onu dərslərə buraxmayıb, hərbi komissarlıqdan möhlət üçün verilən sənəd tələb edib. Bir müddət hərbi komissarlığa gedib-gələn Cabbar Savalanlı lazımi sənədi ala və universitetə gedə bilməyib.

Dəfələrlə cəhd etsək də, Sumqayıt şəhər Hərbi Komissarlığından bu məsələyə münasibət almaq mümkün olmadı.
XS
SM
MD
LG