Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:00

NATO Azərbaycan-Ermənistan arasındakı gərginlikdən narahatdır


«Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginlik, baş verən insidentlər NATO-da təəssüf hissi doğurur».

Bunu NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru William Lahue iyunun 8-də Bakıda keçirilən «Azərbaycan və NATO Əməkdaşlığı Chikago Sammitindən sonra: əməkdaşlıq üçün yeni perspektivlər» mövzusuna həsr olunmuş konfransda deyib.

William Lahue deyib ki, onlar ümidlidirlər ki, yaranmış vəziyyət regionda daha da qeyri-sabitliyə yol açmayacaq.

William Lahue bildirib ki, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Amma NATO Qarabağ probleminin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesində iştirak etmir.

«Biz ATƏT-in Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyirk»- deyə o bildirib.

Tədbirdə iştirak edən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə deyib ki, Azərbaycan müstəqil dövlət olduğu üçün NATO sözsüz Azərbaycanın ərazi bütöv dəstəkləməlidir:

«Bizə lazımdır ki, NATO münaqişənin nizamlanmasında iştirak etsin».
XS
SM
MD
LG