Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:25

Qohumları Hilal Məmmədovun cibinə narkotik atıldığını deyirlər


Foto arxiv
Foto arxiv
Hüquq Müdafiəçisi Hilal Məmmnədov iyunun 21-də günorta saatlarında yoxa çıxıb.

Bunu AzadlıqRadiosuna Hilal Məmmədovun bacısı Zərəfşan Məmmədova deyib.

O qeyd edib ki, Hilal Məmmədov səhər evdən çıxdıqdan sonra onunla əlaqə saxlaya bilməyiblər:

«Biz onun telefonuna nə qədər zəng vursaq da götürmürdü. Axırda götürdü. Bir kəlmə onu dedi ki, cibimə narkotik maddə atdılar. Dedi ki, məni narkotiklərlə mübarizə idarəsinə apardılar, cibimdən nəşə çıxarıldı. O, heç siqaret də çəkmirdi. Necə ola bilər ki, cibindən narkotik maddə çıxır?».

Sülh və Demokratiya İnstitutunun yaydığı məlumatda bildirilir ki, o həm də toy zaman meyxanaçıların oxuduqları və sonradan məşhurlaşmış "Ты кто такоц, давай досвидания”nı çəkərək YouTube saytına yerləşdirən adamdır.

Zərəfşan Məmmədova deyir ki, Daxili İşlər Nazirliyinə müraciət etsələr də, onlara hər hansı məlumat verilməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, Hilal Məmmədovun işi ilə bağlı iyunun 22-də məlumat veriləcək.

Hilal Məmmədov Talış Mədəniyyət Mərkəzinin rəhbəri, «Tolışi sədo» («Talışın səsi») qəzetinin baş redaktoru Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri olub.

Novruzəli Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sektor müdiri olub. 2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il həbs cəzası alıb. 2009-cu il avqustun 17-də Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında vəfat edib.
XS
SM
MD
LG