Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:27

Əli Həsənovun QHT-lərlə görüşü… [Video]


Əli Həsənovun QHT-lərlə görüşü…
Gözlə

No media source currently available

0:00 0:52:09 0:00
Direct-ə keçid

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı, Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl görüşlə bağlı təəssüratlarını bölüşürlər. Eyni zamanda «Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı Əli Həsənovla media nümayəndələrinin iyunun 30-dakı görüşü barədə sualları cavablandırır.

-
«Bu görüş gələn il keçirilən prezident seçkisinə hazırlıqdır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun QHT nümayəndələri ilə görüşü barədə danışarkən deyib.

M.Qəhrəmanlı bu görüşü müsbət dəyərləndirdiyini deyir:

«Belə bir formatda dialoq Azərbaycanda birinci dəfədir. Orda bəzi təşkilatlar var idi ki, bu günə qədər ümumiyyətlə qəbul olunmurdu və onlar haqqında mənfi rəy formalaşdırılırdı. Bu, vətəndaş cəmiyyəti ilə əməkdaşlığa çalışmaqdır. Bəzi ölkələrdəki inqilablarda vətəndaş cəmiyyətinin rolu haqqında müəyyən fikir formalaşıb və burda bu da rol oynaya bilər».

M.Qəhrəmanlı deyir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin fəaliyyəti hökuməti əməkdaşlığa sövq edir.

Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl deyir ki, görüşün bu cür keçəcəyinə inanmırmış:

«Yalnız tədbir başlayandan sonra anladıq ki, burda Prezident Aparatı tərəfindən bir təşəbbüs var. Bu müzakirələr daha detallı şəkildə davam etməlidir».

Z.İsmayıl deyir ki, hökumətlə vətəndaş cəmiyyəti arasında dialoq xətrinə bir və ya iki dəfə səmimi söhbətlə problemləri həll etmək olmaz:

«Məsələnin kökündə duran problem əsasən vətəndaş cəmiyyətinin özünün məşğul olduğu sahələrlə bağlıdır. Vətəndaş cəmiyyətinə basqı olacaqsa, problemlər həll olunmayacaqsa, deyə bilməyəcəyik ki, bu dialoqun hansısa bir nəticəsi oldu».

Z.İsmayıl deyir ki, vətəndaş cəmiyyətinin hökumətlə dialoq aparması və əməkdaşlıq etməsi olduqca vacibdir.

«Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə Əli Həsənovun iyunun 30-da media nümayəndələri ilə görüşü barədə məlumat verib. O deyir ki, növbəti görüşlərdə qaldırılmış məsələlərin həllini tələb etmək lazımdır.

«Bu görüşlərin bir nəticəsi olsa, bunun özü bir qənimətdir. Hər halda gözləmək lazımdır, görək növbəti görüşlərdə nə olacaq. Vətəndaş cəmiyyətinin və media nümayəndələrinin fəallığından çox şey asılıdır».

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG