Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:56

Seyfəddin Hüseynli: "Yeni nəsildən mutant bir dil eşidirik" (Debat)


Günel Mövludun tənqidinə Əlisa Nicat nə cavab verdi? (Debat)
Gözlə

No media source currently available

0:00 0:55:06 0:00
Direct-ə keçid

Günel Mövludun tənqidinə Əlisa Nicat nə cavab verdi? (Debat)

-
Günel Mövlud:


- Viktor Suvorovun kitabını oxuyanda, sadəcə, heyrətə gəldim ki, tərcüməçi Azərbaycan dilini bu səviyyədə necə biabır edə bilər?

- Suvorovun tərcüməsinin müəllifi Əlisa Nicat telefonla verilişə qoşulub. Əlisa bəy, ünvanınıza olan bu iradlara münasibətiniz necədir?

- Tərcümə “bukvayedlik” deyil...



"Pen klub" proqramında Azərbaycanda tərcümə kitablarının keyfiyyəti müzakirə edildi. Debata bu sahədə müzakirələrə yol açan “Biabırçı tərcümələr haqda” yazısının müəllifi Seyfəddin Hüseynli, tərcüməçi Nadir Qocabəyli, telefonla tərcüməçi-yazarlar Günel MövludƏlisa Nicat qoşulublar.

PROQRAMI DİNLƏ


- Tərcümə kitablarında rast gəlinənlər biabırçı səhvlərdir, yoxsa xırda qüsurlar?

“Tərcümələr təcrübələr mərhələsindədir”

Seyfəddin Hüseynli (S.H)

- Mənim materialımın adı əslində “Tərcümə təcrübələri –seçilib çevrilənlər”dir. Tərcümə prosesində 140-150 ilə yaxın bir yol keçmiş olsaq da, əslində, bu dəqiqə bizdə tərcümələr təcrübələr mərhələsindədir. Dilimizə çevrilən əsərlər də seçilir. Dünya ədəbiyyatında ən parlaq, bədii keyfiyyəti ilə seçilən əsərlər çevrilir ki, Azərbaycan ədəbiyyatı onların hesabına daha da zənginləşsin. Əslində yazı ordan meydana çıxdı ki, mənzərə doğrudan da acınacaqlı idi. Əgər bizim tərcümə işimiz bu gün, dünən başlamayıbsa, deməli, bu gün bu qədər neqativ mənzərə olmamalı idi.

- Yəni sovet dövründə daha keyfiyyətli iş görülürdü?

- Sovet dövründə tərcümə işində bir sistem vardı. Rejimin məqsədinə cavab verən əsərlər olsa da, bu iş sistemli qurulmuşdu. Rus dili vasitəsilə digər dillərdən çevrilirdi əsərlər. Əkrəm Əylisli demişkən, sürət elə bir həddə çatıb ki, kəmiyyət keyfiyyəti sıxışdırıb çıxarıb. Narahatlıq doğuran bu idi. Dilimizin təəssübünün çəkilmədiyi, dilimizlə
Proqramın aparıcısı Səadət Akifqızı
Proqramın aparıcısı Səadət Akifqızı
haqsız davranıldığı göz qabağında idi. Azərbaycan dili öz imkanları, gözəlliyi ilə elə vəziyyətdə işlənir ki, baxırsan, bu, bizim dil deyil. Əslində isə bu gün tərcümə işi elə bir səviyyədə olmalıydı ki, oturub xırdalıqları müzakirə edəsən, məsələn, hansı sinonim daha çox yerinə düşərdi... Xarici dili bilən, amma ana dilinin incəliyindən xəbərsiz olan yeni bir nəsil gəlir. Mutant bir dil eşidirik onlardan. Mən ona görə ərkim çatan, uzun müddət bu dildə qələm çalmış ədiblərimizin tərcümələrindən misallar vermişəm ki, əgər onlar belə qüsurlara yol verirlərsə, onda yeni nəsildən nə gözləyək?

- Nadir bəy, doğrudanmı sürət keyfiyyəti çox aşağı salıb?

“Tərcüməçilik ağır işdir”

Nadir Qocabəyli (N.Q):

- Seyfəddin bəyin dediklərində müəyyən həqiqətlər var, amma razılaşmadığım məqamları da deyim. Sovet dövrü haqda dedikləri ilə razılaşmıram. Əgər sistemli yanaşıblarsa, deməli, ortada daha keyfiyyətli iş olmalı idi. Amma belə deyil. Məsələn, Mikayıl Rəfilinin tərcümə etdiyi Viktor Hüqonun “Paris Notrdam kilsəsi” əsərini redaktə elədim, bərbad bir vəziyyətdə idi. İki ay əsərin üzərində işlədim, hesab etmirəm ki, yaxşı vəziyyətə gətirə bildim. Bəlkə də vaxt olsaydı... O ki qaldı indiki məqama, indi də nöqsanlar var. Amma tərcüməçilik ağır işdir, çox zəhmət tələb edir. Məncə, tərcüməçilərin əməyinin qiymətləndirilməsi, stimullaşdırılması üçün ölkədə şərait yoxdur. Əvvəla, ölkədə kitab bazarı acınacaqlı vəziyyətdədir.

- Nadir bəy, siz "Dünya ədəbiyyatı kitabxanası" seriyasından kitab tərcümə
Günel Mövlud
Günel Mövlud
etmisiz. Bildiyim qədər orda qonorar pis deyil. Yəni heç olmasa burda, yüksək keyfiyyəti gözləmək mümkün deyil?

“Tərcüməmə başımla cavabdehəm”

- Mən bu seriyadan Knut Hamsunun, Kortasarın əsərlərini, Koelyonun “Kimyagər” əsərini tərcümə eləmişəm. Bu tərcümələrə də başımla cavabdehəm. Yüksək səviyyədə olduğuna əminəm. Ola bilsin ki, xırda qüsurlar, orfoqrafik səhvlər, üslubi xətalar olsun. Təsəvvür edin ki, Kortasarın “Xana-xana oyunu” əsərini mən 5 aya tərcümə eləmişəm. Kortasar çox böyük yazıçıdır. Bu nəhənglikdə yazıçının şah əsərini 5 aya çevirmişəm. Bəlkə də bu əsər 5 ilə tərcümə olunmalı idi. Redaktoru Mahir Qarayev idi, redaktədə çətinlik çəkmişdi. Mən ikinci dəfə oxuyub redaktə elədim. Amma iddia eləmirəm ki, qüsurlardan, xətalardan xalidir.

- Məsələn, bir cümlənizdə “fulltime oxucular” ifadəsi işlətmisiz. İngilis dilini bilməyən oxucu bu sözün mənasını anlamaya da bilər.

- Tərcüməni rus dilindən eləmişəm. Hətta ola bilər ki, müəllif orjinalda, ispanca da belə yazıb.

- Açmasını vermisizmi?

- Hesab eləyirəm ki, ingilis dili populyardır. Kortasarı anlayan bir adam bunu bilməlidir zənnimcə.

S.H.

- Əslində o cümlədə əsas problem “fulltime” deyil, cümlənin ağırlığındadır: ,“yarımağıl
Suvorovun kitabı Əlisa Nicatın tərcüməsində
Suvorovun kitabı Əlisa Nicatın tərcüməsində
qızlarla qaynayan kitabxanalardan, mətbəə rənginin şux sarımsaq ətrini öldürdüyü evlərdən danışırdı».

Kortasar həm də bədii təfəkküri mürəkkəb olan yazıçıdır. Onun qavranması, sevdirilməsi üçün əsəri rahat dillə çatdırılmalıdır.

“Çoxlarının bədii təfəkkürü Aşıq Ələsgərdən o yana gedə bilmir”

N.Q.

- Bu məsələdə razı deyləm. Bizim ölkədə çoxlarının ədəbiyyat təfəkkürü Zəlimxan Yaqubun şeirlərindən, lap deyək, Aşıq Ələsgərdən o tərəfə gedə bilmir.

İnanmıram ki, bu adamlara Kortasardan iki səhifə oxutdurmaq mümkün olsun.

Nadir Qocabəyli əlavə edir ki, tərcümə etdiyi və naşir tapa bilmədiyi üçün çap olunmayan “Yüz ilin tənhalığı” (Q.Q,Markes) onun tərcüməsində daha keyfiyyətlidir.

Bu əsərin digər tərcüməçisi (kitab artıq çap edilib) Günel Mövlud isə hesab edir ki, onun çevirməsi Azərbaycan dilində daha oxunaqlı və az qüsurludur:

“Tərcüməm haqqında belə yüksək fikirdəyəm”.

- Tərcümə edərkən iki prinsipi qoruyuram. Müəllifin üslubunu və onu azərbaycanlı oxucuya həzm etdirməyi.

Qoy oxucu fikirləşsin ki, bu əsər elə Azərbaycan dilində yazılıb. Əkrəm Əylislinin tərcümə üslubuna bələdəm və bilirəm ki, əsəri oxucuya necə həzm etdirir.

Ona görə də öz tərcüməm haqqında belə yüksək fikirdəyəm.

- Günel xanım, bəzi tərcümələrdən narazı olduğunuzu bildimisiz...

- Bəli, əvvəllər və indi olunan tərcümələrlə bağlı demişəm. Məsələn, Afaq Məsudun tərcüməsində “Patriarxın payızı” (Q.Q.Markes) bərbad haldadır.

Bu yaxınlarda Platonovun “Can” əsərinin azərbaycancaya tərcüməsini oxudum. İlk dəfə bu əsərlə Platonovu tanıyan oxucu onu bir də oxumaq istəməz.

Viktor Suvorovun memuarlarının
Seyfəddin Hüseynli (solda) və Nadir Qocabəyli
Seyfəddin Hüseynli (solda) və Nadir Qocabəyli
tərcüməsi də eləcə... Oxuyanda sadəcə heyrətə gəldim ki, bir yazıçı Azərbaycan dilini bu səviyyədə necə biabır edə bilər?

“Tərcümə “bukvayedlik” deyil”

- Suvorovun tərcüməsinin müəllifi Əlisa Nicat telefonla verilişə qoşulub. Əlisa bəy, ünvanınıza olan bu iradlara münasibətiniz necədir?

- Tərcümə “bukvayedlik” deyil, əsərin ruhu tərcümə olunur. Ola bilsin, orijinalda başqa cürdür, azərbaycanca isə başqa cür vermək lazımdır. Əsərin mahiyyəti tərcümə olunar...


Bu, proqramda səslənmiş fikirlərin yalnız bir hissəsidir. Proqramı tam şəkildə burda dinlə. Debatın tam videoyazısını isə yuxarıda izlə.
XS
SM
MD
LG