Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:00

Hələb uğrunda döyüş davam edir


Homs şəhərinin mərkəzi küçələrindən biri
Homs şəhərinin mərkəzi küçələrindən biri
Suriyanın hökumət qoşunları Hələb şəhərinə hücumu gücləndirib.

Şəhərin Səlahəddin və daha 2 rayonunda ağır döyüşlər gedir.

Silahlı müxalifət bir neçə hücumun dəf edildiyini, xeyli tankın məhv edildiyini deyir.

Amma bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Müxalifətdə olan Milli Şuranın rəhnbəri Abdelbassed Sida xəbərdarlıq edib ki, şəhərdəki müxalifət qüvvələri məhv edilə bilər.

O qeyd edib ki, əgər qan tökülməsinin qarşısı alınmasa, buna görə beynəlxalq aləm cavabdehlik daşıyacaq.

O Suriyada baş verənlərin adi münaqişə yox, xalq üsyanı olduğunu deyir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar gedir.
XS
SM
MD
LG