Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:48

Suriyanın Deraa əyalətində azı 20 adamın öldürüldüyü xəbər verilir


Suriyalı hüquq müdafiəçiləri istirahət günləri Deraa əyalətində keçirilən hərbi əməliyyatlarda azı 20 nəfərin öldürüldüyünü xəbər verirlər.

Şahidlər onlardan bir neçəsinin diri-diri yandırıldığını deyirlər.

Amma bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Həmçinin böyüklüyünə görə 2-ci olan Hələb şəhərində ağır döyüşlər gedir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar gedir.

BMT bu müddət rəzində 10 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG