Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:45

Çürümüş ayaqqabılarım sənin olsun...


Iran -- Azeri poet Ulduz Sadig, undated
Iran -- Azeri poet Ulduz Sadig, undated
-

Arazın o tayından


Ulduz Sadıq


ŞEİRLƏR


Bir cüt göz dara çəkilmişdi!

1

Gözlərimi itirdim,
ürəgim sığışmadı
bir çantaya.
gözgü bir əlimdə
çantam o birisində
yolçuyammı yoxsa?!

2

bir yol elanı
bir ağac
bir damla su?!
ayaqqabılarımı yolda buraxdım
makyajımı
susuzıdım gəmirdim!

3

gözlərimi bu yolda sərmişdilər?
ürəgimi bu qırqumlara sığışdırmışdılar?

4

bir yol elanı
bir ağac
bir damla su
.
.
.
Ayaq izlərim kip-kipə
Qırquma
Daşa
Calandı!

5

bir cüt göz dara çəkilmişdi
son baxışı,
mən idim.
bir ürək
günün lap ortasında
qırqumu dəlirdi
son döyüntüsü mən ıdım!




Günlər bir-birinə tay olduqca...!

sabah yağış yağmayacaq
nəyə tələsirəm?
günəş təpəmizin ortasında
sancaqlanıb qalacaq
nəyə tələsırəm?
və çətirlərimiz
kimsəni qarşılamadan
aslanacaq
ürəgimizin asmasından.
gəmılər toprağa batacaq
susuzluğumuzda.
sən o tayda
mən bu tayda.
qırqumlu yollarımız
günəş altında axacaq
qapalı qalacaq
evlərimizin qapısı
nəyə tələsirəm?
XS
SM
MD
LG