Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:04

"Şairlər iki avtoritar rejim arasında "soyuq müharibə"nin qurbanıdırlar"


Şəhriyar Hacızadə və Fərid Hüseyn
Şəhriyar Hacızadə və Fərid Hüseyn
-

İranda həbs edilmiş şairlər Fərid Hüseyn və Şəhriyar del Geraniyə hökm oxunması sentyabrın 7-cən təxirə salındı.

“Mən dəqiq deyə bilmərəm hökmün elan olunması niyə gecikir.

Bilmirəm onlarda məhkəmənin iş üslubu budur, yoxsa nədir, ya bəlkə oralarda baş verən zəlzələyə görə dövlət idarələrinin işində yubanma yaranıb, mən deyə bilmərəm.

Amma məhkəmə ədalətli keçdi, zindanda şəraitləri yaxşıdır, televizorları, futbol, voleybol meydançaları var, zindan rəisləri gözəl insandır.

Onlara şair, ədib, insan kimi gözəl şərait yaradıblar, qonaq kimi yanaşırlar...”


Bunu Azadlıq Radiosuna açıqlamasında İranda həbs edilmiş şairlərdən birinin – Şəhriyar del Geraninin atası Hacı Mail deyir.

Hökmün elan edilməsi bu dəfə daha uzun müddətə - sentyabrın 7-cən təxirə salınıb.

Macı Mail inanır ki, onun oğlu da, həbs edilən digər şair Fərid Hüseyn də tezliklə azad ediləcəklər.

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə düşünür ki, İran şairlərin əvvəlcə istintaqını, daha sonra məhkəmə hökmünü yubatmaqla Azərbaycana
Ərəstun Oruclu
Ərəstun Oruclu
təzyiq məqsədi güdür.

Onun fikrincə, İran şairlərin həbsi vasitəsilə Azərbaycandan müəyyən güzəştlər qoparmağa çalışır. Bu güzəştlər isə Azərbaycanda İrana casusluq ittihamı ilə tutulmuş şəxslərdən bəzilərinin azadlığa buraxılması ola bilər.

“Mən inanıram ki, İrana casusluq ittihamı ilə tutulanların böyük əksəriyyəti günahsızdır, şərləniblər. Amma həm də düşünürəm ki, onların arasında 1,2 yaxud 3 nəfər İran üçün xüsusi dəyər kəsb edən adamlar ola bilər”.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, İranda həbs edilmiş şairlər iki ölkə - Azərbaycan və İran arasında “soyuq müharibə”nin qurbanlarıdır.

“İki avtoritar rejim arasında çəkişmədə adi insanlar əziyyət çəkir. Azərbaycanda günahsız insanları casus adı ilə tuturlar, Azərbaycan prezidenti bir tərəfdən deyir ki, İslamı terrorla bağlamaq olmaz, o biri tərəfdən Bakida islamçıları terrorda ittiham edib tuturlar, İran da məsum şairləri həbs edir. Bu tərəfdə islamçıları, “Səhər” televiziyasının
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
müxbirini tuturlar, o tərəfdə şairləri. Bunlar iki avtoritar rejimin xarici siyasətinin qurbanına çevriliblər”.

Zərdüşt Əlizadə hesab edir ki, İranın gənc şairləri azad etməsi Azərbaycanın İran televiziyasının müxbiri Anar Bayramlını nə vaxt azad edəcəyindən asılı ola bilər.

Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də Təbrizdə həbs olunublar.

Şairlər İran təhlükəsizliyinə qarşı təbliğata cəhd göstərmədə ittiham olunurlar. İran qanunlarına görə bu maddəyə görə 3 aydan 1 ilə kimi həbs nəzərdə tutulur.
XS
SM
MD
LG