Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:59

Ərəb ölkələrində etiraz tufanına gətirən filmi çəkən kimdir?


«Müsəlmanların məsumluğu» filmindən kadr
«Müsəlmanların məsumluğu» filmindən kadr
-
Yaxın Şərqdə ABŞ-a qarşı yeni etiraz aksiyalarına səbəb olmuş həvəskar film haqqında müəmmalar artır.

Əvvəlcə bildirilirdi ki, «Müsəlmanların məsumluğu» («Innocence of Muslims») adlı film amerikalı yəhudi, daşınmaz əmlak agenti olan Sam Bacile'nin məhsuludur. Onun bu filmi yəhudi donorlardan topladığı 5 milyon dollar hesabına çəkdiyi bildirilirdi. Ancaq indi belə görünür ki, Sam Bacile ad yox, təxəllüsüdür. Onun əsl adının isə Misirin kop xristianlarından Nakoula Basseley Nakoula olduğu bildirilir.

56 yaşlı Nakoula «Sam Bacile» təxəllüsünün ona aid olmadığını bildirib. Əvvəllər bank saxtakarlığına görə cinayət məsuliyyətinə cəlb edilmiş Nakoula'nın çoxlu təxəllüsləri var.

FİLMİN SİFARİŞÇİSİ KİMDİR?

Özünü filmin məsləhətçisi kimi təqdim edən Steven Klein «Reuters»ə deyib ki, əslində «Bacile» təxəllüsdür.
«Müsəlmanların məsumluğu» filmindən kadr
«Müsəlmanların məsumluğu» filmindən kadr
Lakin bu təxəllüs birbaşa Nakaou'la aid deyil. S.Klein filmi sifariş edən şəxsin kimliyini də bilmədiyini deyir:

«Mən onunla iki dəfə görüşmüşəm. Bilmirəm hansı ölkədəndir. Ancaq onu bilirəm ki, İsrail yəhudisi deyil. Təxmin edə bilərəm ki, o, Yaxın Şərqdəki ailəsini qorumaq üçün təxəllüsdən istifadə edir».

S.Klein bildirir ki, film üzərində işləyən şəxslər müsəlman ölkələrində repressiyaya məruz qalaraq ABŞ-a gəlmiş immiqrantlardır. Onlar Suriya, Pakistan, Türkiyə, İraq Misir kimi ölkələrdəndir.

«SƏFİRİ MƏN ÖLDÜRMÜŞƏM? YOX»

Misirdə ortodoks kilsəsi filmi dərhal pisləyib. İslam dinində Məhəmməd peyğəmbərin fiziki təsviri günah sayılır. O ki qala onun ələ
İranda nümayişçilər Amerika bayrağını yandırırlar, 13 sentyabr 2012
İranda nümayişçilər Amerika bayrağını yandırırlar, 13 sentyabr 2012
salınması.

S.Klein Liviyada ABŞ səfiri Christopher Stevens'in qətlində filmi yox, radikal müsəlman qruplarımı ittiham edir:

«Mən bu film haqda sizə danışsaydım, çölə çıxıb kimisə öldürərdiniz? Yox. Müsəlmanların böyük əksəriyyəti belə edər? Yox. Ancaq onların kiçik bir qrupu - hansı ki, onların psixologiyası bu cür qeyri-insani rəftarla qidalanır - onlar belə edə bilərlər. Mənim əlimdə qan var? Yox. Onu mən öldürmüşəm? Yox».

Filmə qarşı Misir və Liviyada başlamış etirazlar İran, Tunis və Fələstinə yayılıb.

«Youtube»a sahib olan «Google» etirazların olduğu ölkələrdə filmə aid kliplərə girişi məhdudlaşdırıb.
XS
SM
MD
LG