Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:05

Jurnalistlər prokurorluqda ifadə verirlər


İlqar Nəsibov
İlqar Nəsibov
-
Naxçıvanda jurnalistlər - Elman Abbasovİlqar Nəsibov dekabrın 26-da Sədərək rayon Prokurorluğuna çağırılıblar.

Bu haqda AzadlıqRadiosuna İlqar Nəsibov məlumat verib. Jurnalistin bildirdiyinə görə, hazırda onlar işadamı Məhəmməd Qurbanov və Nadir Məmmədovun cinayət işi ilə əlaqədar şahid qismində izahat verirlər:

«Səhər saat 11-dən burdayıq. Məni 6 saat dindirdilər. Sahibkar Məhəmməd Qurbanovun işi ilə bağlı xeyli sual-cavab etdilər. Şahid qismində dindirilsəm də, Sədərək polisində Nadir Məmmədovdan zorla aldıqları ərizədən də əleyhimizə yararlanmaq istəyiblər. Həmin ərizədə yazılır ki, guya Elmanla mən Məmməd Qurbanov və Nadir Məmmədovu gömrük işçilərinə hücum eləməyə «həvəsləndirmişik». Dindirməyə Naxçıvan Muxtar Respublika prokuroru və prokurorluğunun 3 nəfər başqa əməkdaşı da qatılıb. İzahat yazarkən həmin şəxslər mənə psixoloji təsir göstərməyə çalışırdılar. Məndən sonra, saat 5-də Elman Abbasovu çağırdılar. Elman hazırda prokurorluqda izahat verir».

Dekabrın 8-də Məhəmməd Qurbanov bildirmişdi ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan rüsumdan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbardan çıxartmağa qoymayıblar. O da məcbur olub jurnalistlər Elman Abbasovla İlqar Nəsibova üz tutub. Daha sonra gömrük işçiləri ilə Məhəmməd Qurbanov və kürəkəni Nadir Məmmədov arasında insident baş vermişdi.

Fakt üzrə Sədərək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Sədərək rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsə 2 aylıq həbs kəsilib.

Dekabrın 25-də vəkil Xalid Bağırov təcridxanada təqsirləndirilən şəxslərlə görüşüb. O, mətbuata açıqlamalarında bildirirdi ki, Sədərək rayon Polis İdarəsində Nadir Məmmədovdan işgəncə yolu ilə Elman Abbasov və İlqar Nəsibovun əleyhinə ifadə alınıb.

Naxçıvan MR DİN isə vəkilin bu iddialarını rədd edib.
XS
SM
MD
LG