Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:08

"Binə" aksiyası ilə bağlı cinayət işi açılıb


"Binə" ticarət mərkəzində etiraz aksiyası
"Binə" ticarət mərkəzində etiraz aksiyası
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi «Binə» Ticarət Mərkəzində bu gün keçirilən aksiya ilə bağlı birgə məlumat yayıblar.

Məlumatda bildirilir ki, yanvarın 19-da «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər.

Xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına müqavimət göstəriblər və nəticədə, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda xuliqanlıq, hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə cinayət işi açılıb.
XS
SM
MD
LG