Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:21

Azərbaycan: "Biz müharibəyə hazır olsaq belə, müharibə istəmirik"


Arxiv fotosu
Arxiv fotosu
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilən danışıqları sülh prosesi istiqamətində bir addım idi. Yanvarın 28-də Minsk qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda MəmmədyarovNalbandianın iştrakı ilə keçirilən Qarabağ danışıqlarına belə qiymət verilir.

Bəyanatda deyilir: "Xarici işlər nazirləri məsələnin sülh yolu ilə tənzimlənməsi və sülh danışıqlarının davam etdirilməsi istəyində olduqlarını bldiriblər. Onlar razılaşıblar ki, yaxın həftələrdə sülh prosesi istiqamətində danışıqlar davam etdirilsin"

Bu haqda xəbər yayan Reuters-in müxbirləri Parisdəki Azərbaycan diplomatından sitat gətirirlər: "Biz bu dalana dirənmiş məsələdən çıxış yolu tapmaq üçün ermənilərə böyük müxtariyyat verməyə çalışırıq, lakin onlar (Dağlıq Qarabağ) Azərbaycanın ərazisi tərkibində qalmalıdırlar".

Müəlliflər adını çəkmədikləri mənbədən daha bir sitat gətirirlər: "Biz müharibəyə hazır olsaq belə, müharibə istəmirik"
XS
SM
MD
LG