Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:17

Azərbaycan mətbuat azadlığı indeksində 156-cı yerdə gəlir


World -- Reporters without borders logo
World -- Reporters without borders logo
Azərbaycan Sərhədsiz Repartyorlar təşkilatının 2013-cü il mətbuat azadlığı indeksində 156-cı yerdə gəlir.

Bunu Azadlıqradiosuna müsahibəsində təşkilatın Şərqi və Mərkəzi Avropa şöbəsinin rəhbəri Johann Bihr deyib.

Azərbaycandan sonra isə siyahıda Belarus gəlir.

Johann Bihr deyir ki, Azərbaycan bir qədər irəliləsə də buna ölkədə bu sahədə vəziyyətin real yaxşılaşması kimi baxmaq olmaz.
Bu yalnız kütləvi təqiblər, müxalifətin etirazları, jurnalistlərin kütləvi həbs və amansızlıqlarla üzləşdiyi 2011-ci illə müqaisədə irəliləyişdi.

Azərbaycan bundan əvvəlki siyahıda 162-ci yerdə idi.

Siyahıda ilk onluğa Finlandiya, Niderland, Norveç, Lüksemburq, Andora, Danimarka, Lixteynşteyn, Yeni Zelandiya, İslandiya və İsveç daxildir.

Son 3 yeri isə Eritreya, Şimali Koreya və Türkmənistan tutur.
Hesabat 179 ölkəni əhatə edir.
XS
SM
MD
LG