Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:30

ATƏT sədri Dağlıq Qarabağ problemini müzakirə edir


17 Yanvar 2013. Vyana. Ukrayna xarici işlər naziri Leonid Kozhara ATƏTin tədbrində çıxış edir
17 Yanvar 2013. Vyana. Ukrayna xarici işlər naziri Leonid Kozhara ATƏTin tədbrində çıxış edir
Fevralın 5-də ATƏTə sədrlik edən Ukraynanın xarici işlər naziri Leonid Kozhara Minsk qrupu həmsədrləri ilə Dağlıq Qarabağ problemini müzakirə edib. Bu haqda ATƏT-in yaydığı məlumatda deyilir ki, söhbət ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazilərinin iştirakı ilə Parisdə keçən Dağlıq Qarabağ danışıqlarından gedib.

Xəbər verildiyi kimi, Paris görüşündə sülh danışıqlarının davam etdirilməsi üçün tərəflər arasında qarşılıqlı etimad mühitinin yaradılması yolları müzakirə olunub.

Məlumatda deyilir ki, Kozhara həmsədrlərin Qarabağda atəşkəs rejiminin güclənməsi və tərəflərin sülh danışıqlarına yardım etməsi istiqamətindəki səylərini tam dəstəkləyir. ATƏTə sədrlik edən ölkə kimi Ukraynanın prioriteti Qarabağ sülh prosesinin irəliləməsi məsələsidir.

ATƏT sədri regionda sülhün yaranması naminə tərəfləri siyasi iradə nümayiş etdirməyə çaırıb.
XS
SM
MD
LG