Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:46

Əmlak mübahisələrində inzibati xətalar və onların cəzaları


-



"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.
Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.




Maddə 69. Xırda talama
Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə —
əlli manatdan səksən manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə on beş günədək müddətə inzibati həbs tətbiq edilir.
Qeyd: Talanmış əmlakın dəyəri otuz manatdan yuxarı olmadıqda, bu xırda talama hesab edilir.

Maddə 70. Meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə edilməsi
Meşə fondu torpaqlarının özbaşına tutulmasına və ya istifadə barəsində lazımi icazə olmadan həmin torpaq sahələrində tikinti işlərinin aparılmasına və ya digər işlərin görülməsinə görə —
fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir

Maddə 71. Xüsusi razılıq (lisenziya) və ya icazə olmadan yerin təkindən istifadə etmə
Xüsusi razılıq (lisenziya) və ya icazə olmadan və ya lisenziyada həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə —
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir

Maddə 72. Su obyektləri üzərində mülkiyyət hüququnun pozulması
Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə —
fiziki şəxslər beş manatdan on manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir

Maddə 86. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması
86.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, radioaktiv maddələrlə, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulmasına görə —
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

86.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə —
fiziki şəxslər altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir

Maddə 87. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi
87.1. Torpaqları yaxşılaşdırmaq və onları külək, su erroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə —
fiziki şəxslər iyirmi manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir.

87.2. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsinə, tikilməsinə və istismara verilməsinə görə —
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir

Maddə 88. Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsi
Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə —
on beş manatdan əlli manatadək miqdarda cərimə edilir

Maddə 88-1. Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların müvafiq istifadə üçün yararlı hala salınmaması, icarəyə verilmiş torpaqların məqsədli təiynatını dəyişdirmədən başqa məqsədlər üçün istifadə
88-1.1. Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmamasına və ya onların müvafiq istifadə üçün yararlı hala salmaq vəzifəsinin yerinə yetirilməməsinə görə —
fiziki şəxslər altı manatdan səkkiz manatadək miqdarda, vəzifəli şəxslər on iki manatdan on dörd manatadək miqdarda, hüquqi şəxslər otuz manatdan otuz iki manatadək miqdarda cərimə edilir.

88-1.2. İcarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadəyə görə —
fiziki şəxslər səkkiz manatdan on manatadək miqdarda, vəzifəli şəxslər on dörd manatdan on altı manatadək miqdarda, hüququ şəxslər otuz iki manatdan otuz beş manatadək miqdada cərimə edilir

Maddə 88-2. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin qanunsuz bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılması

88-2.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə —
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

88-2.2. Bu Məcəllənin 88-2.1-ci maddəsində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə —
fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir

Maddə 88-3. Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması
Vəzifəli şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarını və ya suların mühafizə zonalarındakı torpaq sahələri istisna olmaqla) tikinti üçün ayrılmasına görə –
altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir

Maddə 89. Mərz nişanlarının məhv edilməsi
Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə —
on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir

Maddə 90. Torpaq sahələrindən meteoroloji şəbəkələrin, ölçü vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və torpaqların kateqoriyalarının dəyişdirilməsi
90.1. Torpaq sahələrindən meteoroloji şəbəkələrin və ölçü vasitələrinin, geodeziya istinad məntəqələrinin sıradan çıxarılmasına görə —
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər mislinədək min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.

90.2. Qanunvericiliyə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə —
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

90.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə —
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilirlər

Maddə 91. Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının müəyyən edilmiş qaydasının pozulması
Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının müəyyən edilmiş qaydasının pozulmasına görə —
fiziki şəxslər üç yüz manatdan doqquz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min yeddi yüz manatdan üç min altı yüz manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir

Maddə 86. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması
86.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, radioaktiv maddələrlə, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulmasına görə —
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

86.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə —
fiziki şəxslər altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir

Maddə 92. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi
92.1. Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya onların zədələnməsinə və ya meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə —
fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.

92.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə —
fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər doqquz yüz manatdan on min manatadək miqdarda, hüquqi şəxslər qırx min manatdan əlli min manatadək miqdarda cərimə edilir.

92.3. eyni inzibati xəta:
92.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə —
fiziki şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

92.3.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə —
fiziki şəxslər min manatdan min üç yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

92.3.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə —
fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər beş min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər otuz min manatdan qırx min manatadək miqdarda cərimə edilir.

92.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş yaşıllıq ərazilərinin kadastrında olan ağac və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə —
fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək miqdarda, hüquqi şəxslər qırx min manatdan qırx beş min manatadək miqdarda cərimə edilir.

Maddə 93. Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadə etmə
Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir

Maddə 94. Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulması
Meşələrin bərpasına, vəziyyətinin və cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığının artırılmasına və yetişmiş oduncaq ehtiyatlarından istifadəyə dair qaydaların pozulmasına görə —
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər mislinədək səkkiz min manatdan doqquz min manatadək miqdarda cərimə edilir

Maddə 95. Meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin zədələnməsi və ya korlanması
Meşə fondu torpaqlarında biçənəklərin və ya otlaq sahələrinin zədələnməsinə və ya korlanmasına görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir

Maddə 96. Meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə yığılması
Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə —
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək miqdarda cərimə edilir

Maddə 97. Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin tikilməsi və ya istifadəyə verilməsi
Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin və ya digər obyektlərin tikilməsinə və ya istifadəyə verilməsinə görə —
fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər doqquz min manatdan on iki min manatadək miqdarda cərimə edilir


Maddə 98. Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsi və ya korlanması
Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsinə və ya korlanmasına görə —
üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir

Maddə 99. Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsi və zədələnməsi
Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsinə və ya zədələnməsinə görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər şərti beş min beş yüz manatdan altı min beş yüz manatadək miqdarda cərimə edilir (

Maddə 100. Meşə üçün faydalı faunanın məhv edilməsi
Meşə üçün faydalı faunanın məhv edilməsinə görə —
fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir

Maddə 101. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması
101.1. Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:
101.1.1. su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə;
101.1.2. su obyektlərinin özbaşına tutulmasına;
101.1.3. su obyektlərindən istifadə üzrə xüsusi razılıq (lisenziya) və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz yetmiş beş manatadək miqdarda cərimə edilir.

101.2. Lazımi icazə olmadan sudan özbaşına istifadə edilməsinə, yəni:
101.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə;
101.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə;
101.2.3. su kəmərlərindən, kanallardan özbaşına su götürülməsinə;101.2.4. içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə —
fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir

Maddə 101-1. Su təchizatı sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi
Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə səlahiyyətləri çərçivəsində tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə —
fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi şəxslər yüz manat miqdarında cərimə edilir.

Maddə 102. Su obyektlərinin mühafizəsi qaydalarının pozulması
102.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni:
102.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə;
102.0.2. su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə;
102.0.3. su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət edilməməsinə;
102.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına;
102.0.5. su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə;
102.0.6. sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su erroziyasına və başqa ziyanlı hallara səbəb olan şəkildə pozulmasına;
102.0.7. su çıxarmaq üçün quyuların qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyuların qazılmasına görə —
fiziki şəxslər altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir

Maddə 103. İçməli su mənbələrinin, su təmizləyici qurğularının, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin və içməli suyun keyfiyyətinə dair tələblərin pozulması
103.1. İçməli su mənbələrinin, su təmizləyici qurğularının, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin pozulmasına görə —
fiziki şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

103.2. İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə —
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir

Maddə 104. İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması (198)
104.1. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya (119) zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda, faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə —
fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

104.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə —
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.
104.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə —
fiziki şəxslər iyirmi əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə edilir.

104.4. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə —
vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir

Maddə 193. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması
193.1. Yaşayış sahələrindən istifadə, ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə —
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar üç manatdan beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan altmış manatadək miqdarda cərimə edilir.
193.2. Yaşayış evlərini, yaşayış sahələrini istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə —
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altmış manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

193.3. Yaşayış evlərinin və yaşayış sahələrinin özbaşına yenidən düzəldilməsinə, onlardan başqa məqsədlər üçün istifadəyə, yaşayış evlərinin, yaşayış sahələrinin, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə —
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir


Maddə 194. Özbaşına tikinti işlərinin aparılması
194.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.
Qeyd: Şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada razılıq alınmadan inşa etdiyi tikililərə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.

194.2. Mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Maddə 195. Bağ evlərinin tikilməsi qaydalarının pozulması
Qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmış layihə olmadan və ya qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla bağ evlərinin tikilməsinə görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Maddə 196. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması
196.0. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulmasına, yəni:
196.0.1. xüsusi razılıq (lisenziya) olmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi, mühəndis-axtarış və tikinti-quraşdırma işləri ilə məşğul olmağa;
196.0.2. baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edilməsinə;
196.0.3. mühəndis-axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikintisinin həyata keçirilməsinə;
196.0.3-1. müvafiq rəy olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına;
196.0.4. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa;
196.0.5. tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydalarını pozmağa;
196.0.6. tikintidə təhlükəsizliyə nəzarət edən orqanın fəaliyyətinə maneçilik törətməyə və həmin orqanın qanuni göstərişlərinə əməl etməməyə görə —
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Maddə 197. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması
Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə —
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan yeddi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir

Maddə 198. Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların başqa yerlərə keçirilməsi və yaxud mühafizəsi üçün tədbirlər görülməməsi
Şəhərlərdə və digər yaşayış məntəqələrində tikinti işləri başlanan zaman yaşıllığı olan ayrı-ayrı sahələrin tikilişində lazımi icazə olmadan yaşıllıqların başqa yerlərə keçirilməsinə, yaxud öz sərəncamında olan yaşıllıqların mühafizəsi üçün şəxslərin tədbirlər görməməyə görə —
fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir

Maddə 326-6. Torpaqların dövlət ehtiyacları üçün alınması səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olma
«Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq alınan torpağa daxil olmaq və ya onun üzərində sahibliyin əldə olunması ilə bağlı digər hərəkətləri həyata keçirmək səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olmağa görə —
fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər iki yüz manat miqdarında cərimə edilir.

Maddə 324-3. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin pozulması
324-3.1. Daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran sənədlərə dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının sorğularına vaxtında cavab verilməməsinə görə —
vəzifəli şəxs xəbərdarlıq edilir və ya iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.

324-3.2. Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak barədə texniki məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə görə —
xəbərdarlıq edilir və ya iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.

324-3.3. Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və ya verilməməsinə görə —
xəbərdarlıq edilir və ya otuz manatdan əlli manatadək miqdarda cərimə edilir

Maddə 324-4. İpoteka haqqında qanunvericiliyin pozulması
324-4.1. İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri tərəfindən qeydiyyat qaydalarını pozmaqla və ya ipoteka kağızının dublikatında ipoteka kağızı ilə uyğunsuzluğa yol verməklə maraqlı şəxsə zərər vurulmasına görə –
yetmiş manatdan səksən manatadək miqdarda cərimə edilir

Maddə 324-5. Dövlət əmlakının icarəyə və istifadəyə verilməsi qaydalarının pozulması
Dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla icarəyə və ya istifadəyə verilməsinə görə —
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.

Maddə 324-6. Obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa verilməsi və silinməsi qaydalarının pozulması
Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət müəssisə və təşkilatlarına məxsus obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa verilməsinə və həmin orqanın rəyi olmadan silinməsinə görə —
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.
XS
SM
MD
LG