Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:57

Cəmil Həsənli: «Yenə kommunizm kabusu dolaşır»


Cəmil Həsənli
Cəmil Həsənli
-
Aprelin 10-da Ziyalılar Forumu gənclərin həbsini müzakirəyə çıxarıb.

Müzakirəyə qatılan tarixçi-alim Cəmil Həsənli seçkilər yaxınlaşdıqca, hakimiyyətin daha sərt davrandığını, vətəndaşların siyasi fəaliyyətinə görə həbslərin, hətta repressiyaların ortaya çıxdığını bildirib:

«Ciddi narahatlığımıza səbəb olan digər məsələ gənclərin total şəkildə təqib olunmasıdır. Gör, neçə ilin tarixçisiyəm, deyilənə görə, heç də pis tarixçi deyiləm. Amma bu gənclərin məsələsi ortaya çıxanadək «Molotov kokteyli» haqqında eşitməmişdim. Bu, mənim üçün sensasiya oldu. O dövlət ki innovasiya texnologiyalarının yüksək inkişaf dövründə «Molotov»la devriləcək, elə dövlət olmasa yaxşıdır. Belə ittihamlar dövlətin özünə hörmətsizlikdir».

Cəmil Həsənlinin dediyinə görə, Ziyalılar Forumu İsmayıllı olaylarına görə həbs edilən İlqar Məmmədov və Tofiq Yaqublu ilə yanaşı, N!DA-çıları da müdafiə etməyə qərarlıdır. O, dindar insanların siyasi zəmində həbslərini də pisləyib:

«Bizi narahat edən odur ki, inanclı insanlara narkotik kimi ittihamlar irəli sürülür. Bu da bütövlükdə islama təhqirdir».

Rafiq Əliyev
Rafiq Əliyev
Tarixçi-alim Ziyalılar Forumunun rəhbəri, yazıçı, ssenarist Rüstəm İbrahimbəyovla bağlı son günlər aparılan qaralama kampaniyasına da toxunub:

«Bu, 30-cu illər metodlarının dirçəlişidir. Başımız üstündə yenə kommunizm kabusu dolaşır».

RAFİQ ƏLİYEV: «DAHA QORXULUSU SABAHA, YƏNİ GƏNCLİYƏ MÜHARİBƏ ELAN OLUNMASIDIR»

Ziyalılar Forumunun başqa bir üzvü, professor Rafiq Əliyev deyib:

«Bizi narahat edən odur ki, hakimiyyət demokratiya yolunda inkişaf əvəzinə reqressə gedir, geriləyir. Daha qorxulusu da, sabaha, yəni gəncliyə elan olunmuş müharibədir. Hələ tarix boyunca gəncliyə qalib gələn olmayıb. Biz azad düşüncəli gəncləri, təşkilatları dəstəkləyirik».

Eldar Namazov «Azad Gənclər» Təşkilatı ilə birgə «Facebook»da «Həmrəylik» adlı yeni səhifə yaradacaqlarını bildirib.
Turqut Qəmbər
Turqut Qəmbər
nun dediyinə görə, məqsəd – təqiblə üzləşən gənclərə mənəvi dəstək vermək, virtual məkanda müzakirələr keçirmək və bu yolla yaranan ideyaları gerçəkləşdirməkdir.

«BİR NƏFƏRİN YERİNƏ 50 ÜZV GƏLİR»

Ziyalılar Forumunun müzakirələrində gənclər də söz alıblar. N!DA-nın İdarə Heyətinin üzvü Turqut Qəmbər deyib ki, ən çox təqib olunan təmsil etdiyi qurumdur. Onun dediyinə görə, təzyiqlər təkcə həbslərlə bitmir. Universitet tələbələrinə, qurumun üzvü olan gənclərin ailələrinə də basqılar var:

«Amma həbslər bizi qorxutmur. Bir nəfər həbs edilirsə, təşkilata 50 nəfər üzv olur».

Müzakirələrin sonunda bəyanat qəbul olunub. Bu bəyanat aprelin 11-də yayılacaq.
XS
SM
MD
LG