Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:35

Təhsil Nazirliyi rüşvət şikayətlərinə daha operativ reaksiya vəd edir


Azerbaijan – A secondary school in Mashtaga settlement, May2008
Azerbaijan – A secondary school in Mashtaga settlement, May2008
-


Yeni Təhsil Naziri Mikayıl Cabbarov Nazirliyin aparatında bəzi struktur dəyişiklikləri aparıb. Nazirliyin saytında verilən məlumata görə dəyişikliklər təhsil sistemində rüşvətxorluq və korrupsiya halları ilə mübarizəni gücləndirməyi nəzərdə tutur: “Nazirlikdə daxili nəzarət sisteminin yaradılması, təhsil sahəsində korrupsiya halları ilə mübarizənin gücləndirilməsi, Nazirliyin "Qaynar xətt"inə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi, habelə struktur bolmələrinin tabeçiliyinin düzgün müəyyənləşdirilməsi və funksional ixtisaslaşmanın təmin edilməsi məqsədi ilə Daxili Nəzarət şöbəsi yaradılmış və "Qaynar xətt" xidməti həmin şöbənin tabeliyinə verilib” – deyə rəsmi məlumatda bildirilir.

Rəsmi məlumata görə həmçinin Nazirliyin aparatının Akkreditasiya, Monitorinq və Qiymətləndirmə şöbələri ləğv edilərək əvəzində Lisenziyalaşdırma və Təhsilin Keyfiyyətinə Nəzarət şöbəsi yaradılıb.

Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru isə Beynəlxalq Əlaqələr şöbəsindən alınaraq yeni yaradılan Tələbə Mübadiləsi və Təhsilin İnkişafı Proqramları şöbəsinə verilib.

Adətən Təhsil Nazirliyinin əməkdaşları rüşvətlə bağlı şikayətlərin anoim daxil olduğunu, ona görə də belə hallarla effektiv mübarizə apara bilmədikkərini deyirdilər. Yeni nazirin “Qaynar Xətt” (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) bu yöndə hansı tədbirlər gördüyü hələlik bəlli deyil.
XS
SM
MD
LG