Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:19

Erdoğan: «Türk baharı» olmayacaq


Taksim etirazları görüntülərdə
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Taksim etirazları görüntülərdə

Bir həftədən artıqdır İstanbulun Taksim meydanında tikinti işlərinin dayandırılması və hökumətin istefası tələbləri ilə aksiyalar davam edir. Etirazlar Türkiyənin başqa şəhərlərinə də yayılıb. Bu nümayişlər polislə qarşıdurma ilə müşayiət olunur. Polis aksiyaçıları gözyaşardıcı qazla dağıtmağa cəhd edir, etirazçılar isə sosial şəbəkələrdə təşkilatlanaraq aksiyaları davam etdirirlər.

-

3 iyun 2013


17:30 - ABDULLAH GÜL: FƏRQLİ DÜŞÜNCƏYƏ HÖRMƏT GÖSTƏRMƏLİYİK

Türkiyədə yaşananlar haqda danışan prezident Abdullah Gül «Demokratiya sadəcə seçim var demək deyil» deyib.

CNNTürk-ün məlumatına görə, prezident açıq bir toplumda fərqli düşüncələrə, baxışlara, siyasi meyllərə, inanclara sayğı göstərmənin vacibliyini də bildirib:

«Bu sayğı və sevginin şübhəsiz qarşılıqlı olması gərəkdir. Hər kəsin öz ölkəsində ən geniş şəkildə özünü azad hiss etməsi lazımdır».

14.00 -ERDOĞAN: «TÜRK BAHARI» OLMAYACAQ

«Türk baharı» olmayacaq. Türkiyənin Baş naziri Rəcəb Tayyip Erdoğan iyunun 3-də jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Türkiyədə sabitliyin pozulmasında maraqlı qüvvələrin olduğunu söyləyən baş nazir konkret hədəf də göstərib. O, son etirazların arxasında Cümhuriyyət Xalq Partiyasının dayandığını bildirib. Erdoğan demokratik yolla hakimiyyətə gələ bilməyən müxalifətin sabitliyi pozmaqla iqtidara gəlmək istədiyini söyləyib.

O, 10 ay sonrakı seçkilərdə millətin bütün suallara cavab verəcəyini də bildirib.

11.50 - SƏFİRLİK: TÜRKİYƏDƏ XƏSARƏT ALAN AZƏRBAYCAN VƏTƏNDAŞI YOXDUR

«Türkiyədəki etirazlar zamanı Azərbaycan vətəndaşlarından nə xəsarət alan, nə də həlak olan var».

Azərbaycanın bu ölkədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsevər Salmanov AzadlıqRadiosuna belə deyib.

Onun sözlərinə görə, səfirlik bu ölkədə olan Azərbaycan vətəndaşlarını həmin aksiyalara qatılmamağa çağırıb. Eyni zamanda, hər hansı problemlə üzləşə biləcək vətəndaşlardan dərhal səfirliyə müraciət etmələri istənib.

2 iyun 2013


TAKSİM MEYDANINDA İSTEFA ÇAĞIRIŞLARI

AzadliqRadiosunun müxbiriləri İstanbuldan xəbər verirlər ki, adamlar yenidən İstanbulun Taksim meydanında toplaşmağa başlayıblar. Onlar mahnı oxuyur, şüarlar səsləndirirlər: “Faşizmə qarşı çiyin-çiyinə”, “Hökumətə istefa”, “Ərdoğan, çıx get”, deyirlər ki, artıq park məsələsinə görə meydan gəlməyiblər, hökumətin istefasını istəyirlər. Axşam çağlarında polislə etirazçılar arasında yeni toqquşmalar olub. Polis yenidən gözyaşardıcı qazlardan istifadə edib. Hadisələri işıqlandıran AzadlıqRadiosunun müxbiri xəsarət alıb.
DHA-nin canli yayımını burada izlə

Taksimə gedən küçələrdə barrikadalar qurulub. Polis maşınları, su şırnaqları, bələdiyyə avtobusları aşırdaraq yollar kəsilib.
Etirazlar ancaq Taksim meydanı ilə məhdudlaşmır. İstanbul sakinləri öz evlərində oturaraq da aksiyanı dəstəklədiklərini nümayiş etdirirlər. Onlar eyvanlarında qazan döyəcləyir, mənzillərindəki işıqları söndürüb-yandırırlr.

Etirazçıların əsas koordinasiya vasitəsi Fcebook və Twitterdir.

Türkiyə hökuməti ilə yanaşı etirazçılar ölkə mediasından da narazılıq ifadə edir, onları baş verənlərə göz yummaqda ittiham edirlər.


VGTV-nin canlı yayımı

Taksimdən canlı görüntülər

Canlı yayım Norveçin VGTV kanalından götürüldüyündən 15 saniylik reklamla başlayır


900-dan ARTIQ ETİRAZÇININ SAXLANDIĞI DEYİLİR
İyunun 1-dən 2-nə keçən gecə Türkiyənin Ankara və İstanbul şəhərlərində etirazlar davam edib. Hadisələrin mərkzəi sayılan İstanbulun Taksim meydanında vəziyyət sakitdir

HalkTV-nin yayımı

ERDEM GUNDUZ

-


Rəsmilər təxminən 90 aksiyada 900-dən artıq etirazçının həbs olunduğunu bildirirlər. Səhiyyə işçilərinin məlumatına görə, qarşıdurmalarda 1000 nəfər yaralanıb.

Baş nazir Tayyip Erdoğan şənbə günü etirazları dayandırmağa çağırıb.

ABŞ Türkiyə rəsmilərini məsuliyyətli və ayıq-sayıq olmağa çağırıb. “Anadolu” xəbər agentliyi bildirir ki, Ağ Evin beynəlxalq təhlükəsizlik şurasının sözçüsü Laura Lucas dinc aksiyaların demokratik ifadənin bir parçası olduğunu söyləyib.

Etirazlar Taksim meydanı yaxınlığındakı parkda ağacların kəsilməsi ilə başlayıb.

PREZİDENT DANIŞDI...

Prezident Abdullah Gül-ün müraciətindən sonra Türkiyə polisi «Taksim» meydanını tərk edib.

Bu haqda «CNN Türk» telekanalı məlumat verib.

Polisin geri çəkilməsindən sonra aksiyaçılar «Gezi Parkı»na giriblər.

100-DƏN ÇOX YARALI VAR

Taksim Gəzinti Parkının söküntüsü ilə başlayan İstanbul gərginliyi gecə boyu davam etdi. Minlərlə vətəndaş gecəni yatmadı, küçələrə axışdı.

Gəzinti Parkında ağacların kəsilib ərazidə ticarət mərkəzi tikilməsinə etiraz Recep Tayyip Erdoğan-ın islamçı-liberal Ədalət və İnkişaf Partiyasının apardığı siyasətə etiraza qədər böyüyüb.

Mayın 31-də polislə qarşıdurmaya çevrilən aksiya iştirakçıları bütün gecəni «İstefa hökumət», «İstefa Tayyip» şüarlarıyla hakimiyyətin buraxılmasını tələb etdilər.

Polisin sərt müdaxiləsi xalqın hiddətinə səbəb oldu və evlərdə oturub bayıra çıxa bilməyənlər də balkona çıxıb qazan-tava ilə şəhəri ayaqda saxladılar.

Türk polisi etirazçılara qarşı dayanmadan bibər qazı, su şırnaqlarından istifadə edir. Siyasi etirazları ilə məşhur olan «Taksim» meydanına gedən yollarda polis barrikada qurub. Ara küçələrdə sıxışdırılıb qalan etirazçıların üstünə təyyarə ilə də bibər qazı səpilməkdədir. Çox sayda yaralanan var. İstanbul Həkimlər Assosiasiyasının açıqlamasına görə, yaralananların sayı 100-dən çoxdur. Polis bölmələrinə aparılanların sayı 80 civarındadır.

İstanbulun, o cümlədən Türkiyənin müxtəlif regionlarından «Taksim» meydanına doğru avtobuslarla yürüş üçün yola çıxıblar. Buna qarşılıq olaraq polis də ciddi hazırlıq görüb.

İstanbulluları bir neçə gündür ki hiddətinə səbəb olan önəmli məqamlardan biri də baş nazir Erdoğan-ın mediaya açıqlamasıdır. O bildirib ki, «Biz boş-boş danışmırıq, konkret iş görürük. Nə istəyirsiz edin, biz Gəzinti Parkı ilə bağlı qərarımızı vermişik».

İstanbulda qarşıdurma, 31 may 2013
İstanbulda qarşıdurma, 31 may 2013
Gəzinti Parkı etirazının xalq nümayişlərinə çevrilməsindən sonra ana müxalifət partiyalarından CHP-nin lideri Kemal Kılıçdaroğlu Baş nazir Erdoğan-ı və hökuməti məsuliyyətə çağırdı. Kılıçdaroğlu «Bu an etibarilə Baş nazir olduğunu göstər, polisi geri çək, məhkəmə qərarına hörmət etdiyini ictimaiyyətə açıqla» dedi. O, «bu andan etibarən baş verən hər şeyə cavabdeh Erdoğan-dır» ifadəsini işlətdi.

Yaşanan olaylarla bağlı hökumətdən ilk reaksiya bir az əvvəl gəldi. Baş nazir köməkçisi Bülent Arınç «Ticarət Mərkəzi istəmirik deyən insanlara bibər qazı sıxmaq əvəzinə adamları razı salacaq başqa yollarla açıqlama verilməsini faydalı görürəm» dedi.

Gəzi Parkı ilə bağlı hökumətin layihəsinə görə, «Taksim» meydanında əlavə tunel və yolların çəkilməsi üçün xeyli sayda ağacların kəsilməsinə ehtiyac var. Bu isə ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılanır.

İstanbul Vəkillər Kollegiyası Gəzi Parkında zor tətbiq edənlər və onlara əmr verənlərə qarşı cinayət işi açılması üçün Baş Prokurorluğa müraciət ünvanlayıb.

TAKSİM ETİRAZLARI "TÜRK BAHARI" DEYİL

Türkiyədəki etirazlar ağacların kəsilməsinə görə deyil. Bu hadisələrin arxasında siyasi səbəblər durur”. Türkiyədə baş verənləri şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə deyir.
Elxan Şahinoğlu Taksim etirazlarının sadəcə ekoloji aksiya olmadığını deyir
Elxan Şahinoğlu Taksim etirazlarının sadəcə ekoloji aksiya olmadığını deyir

Uzun illər Türkiyədə koalision hökumətlər hakimiyyətdə olub. Ancaq Ərdoğan hakimiyyəti on ildir təkbaşına hakimiyyətdədir. Düzdür, müəyyən uğur da qazanıblar. İqtisadiyyatda irəliləmə var, BVF-yə 23 milyard dollarlıq borcu qaytardılar, PKK artıq Şimali İraqa çəkilir, terror hadisələrinin qarşısı alınıb və s... Ancaq elə bil Ərdoğan hakimiyyətində bir arxayınlıq yaranmışdı. İqtidar partiyasının “mən hər şeyi bacararam, hər şeyi edə bilərəm” prinsipi ilə davranması insanlarda narazılıq doğurur. Həmin meydana gələnlər də partiya mənsubiyyəti olmayan adi vətəndaşlardı. Polis zorakılığı müxtəlif kəsimlərə mənfi təsir etdi, ayağa qaldırdı. Son illərdə bəlkə də yeganə hadisəydi ki, müxtəlif qütblər (türk, kürd milliyətçiləri, solçu, radikallar) birləşdi. Beləliklə də Ərdoğan hakimiyyətdə olduğu müddətdə ən güclü etirazla üzləşdi. Bu da onu geriyə addım atmağa məcbur etdi”.

O ki qaldı son günlərin hadisələrinin “türk baharı” kimi təqdim edilməsinə, politoloq bunu qüsurlu yanaşma sayır:

Hər halda, Türkiyədə həmin ərəb ölkələrindəki kimi diktator rejim hökm sürmür. Bu ölkədə pis-yaxşı demokratiya var, müxalifət parlamentdə təmsil olunub. Sadəcə, bayaq dediyim kimi indiki hökumətdən yoğunluq var. Bu da özünü son hadisələrdə özünü göstərdi. Amma əvvəlki günlərə baxanda hadisələr yumşalır. Ərdoğan da bundan sonra siyasətində korrektələr etməyə vadar olacaq. İstənilən halda bundan sonra baş nazirə çətin olacaq. Bu günə qədər istədİyi kimi idarə edirdisə, bundan sonra addımlarında diqqətli olmağa məcburdur”.
XS
SM
MD
LG