Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:03

Cənubda internet: Baha qiymətlə zəif sürət arasında


Arxiv foto
Arxiv foto
-
Rəsmi məlumatlara görə, Lənkəranda 50 min, Astarada 5 min, Masallıda 2500-dən çox internet istifadəçisi var.
Məlumatlarda internetin keyfiyyətinin yaxşılaşması üçün son dövrlər rayon mərkəzlərində və kəndlərdə yeni avadanlıqların quraşdırıldığı da bildirilir.
Lakin internet istifadəçiləri indiyə qədər görülən işlərin, xidmətin keyfiyyətinə çox az təsir etdiyini deyirlər.
TEZ-TEZ KƏSİLƏN ƏLAQƏ
Lənkəran «Müəllimlər cəmiyyəti»n sədri Rahim Nuriyevə görə, internet bölgədə informasiya boşluğunu qısmən ardan qaldırıb. Amma internetin sürət və keyfiyyətinə gələndə həmsöhbətim bu məsələdən narazılıqla danışır:
«Sürət çox aşağıdır, tez-tez əlaqə kəsilir. Tıklayırsan gözləyirsən ki, haçan açılacaq. Bizə deyirlər ki, sürət yüksəkdir, amma açırsan görürsən ki, elə deyil».
Rahim Nuriyev hesab edir ki, bölgələrdə internetin keyfiyyətini artırmaq üçün yeni avadanlıqlar quraşdırlmaqla yanaşı, köhnəlmiş xəttlər də dəyişdirilməlidir:
«Bunu vətəndaş edə bilməz. Bu, dövlət proqramı ilə reallaşmalıdır. Bu yaxınlarda bizim küçədə su boruları çəkəndə bütün telefon xətlərini qırıb-tökmüşdülər. Yüzdən çox evdə telefonlar işləmirdi. Yenicə düzəldiblər. Həm xətlər köhnədir, həm də provayderlər interneti çox aşağı sürətlə verirlər».
«4 MİN ƏHALİSİ OLAN KƏNDİMİZDƏ CƏMİ 4-5 NƏFƏR İNTERNET İSTİFADƏÇİSİ VAR»
Masallının Həsənli kənd sakini Toğrul Məhrəmli kənd yerlərində internetin çox az yayıldığını deyir. O da internet xidmətindən narazıdır:
«Mən 6-7 aydır internet istifadəçisiyəm. Bizdə internet istifadəçisi çox azdır. O da tariflərlə bağlıdır. İnternet üçün ayda 15 manat ödəyirik, amma nə istədiyimiz sürət var, nə də istədiymiz keyfiyyət. 4 min əhalisi olan kəndimizdə cəmi 4-5 nəfər internet istifadəçisi var. İşsiz gənclər üçün internetə 15-20 manat ödəmək mümkünsüzdür. Bundan başqa kompüterləri yoxdur. Gənclər əsasən mobil telefonlardan istifadə etməklə internetə girə bilir».
Toğrul Məhrəmli interentin qarşısını almağın qeyri mümkün olduğunu deyir. Hesab edir ki, əksinə, ondan səmərəli istifadə etmək üçün dövlət vətəndaşlara dəstək verməlidir:
«Televiziyalardan fərqli olaraq internet bizə informasiya verir. Doğru məlumatları əldə edirik. Dünyaya çıxış var, inteqrasiya olunuruq. Bütün gənclər istifadə etsə yaxşı olar. İstəyirik ki, yüksək keyfiyyət olsun, şərait yaradılsın, gənclər kopüterlə təmin olunsunlar».
SOVET DÖVRÜNDƏN QALMA XƏTLƏRLƏ SÜRƏTLİ İNTERƏ DOĞRU
Astara şəhərindəki 1 saylı orta məktəbin müəllimi Tarif Əliyev aktiv internet istifadəçisi olduğunu deyir. Qiymətdən narazı olsa da, sürətdən razıdır. Bəzi yerlədə internetin sürətinin çox aşağı olmasını Tarif Əliyev sovet dövründən qalma rabitə xətlərin mövcudluğu ilə izah edir:
«Bir də Azərbaycanda internet zəif inkişaf edib. Bundan başqa bəziləri internetə girib nə isə yazmaq və ya oxumaqdan çəkinir, hesab edir ki, onu izləyə bilərlər. Bütün bunlar internetin aktiv işləməsinə mane olur. Operatorlar arasında rəqabət zəifdir. Kefiyyətli internet xidməti təklif edən provayderlər çox olmaldır ki,daha yaxşı xidmətlər göstərə bilsinlər».
«SÜRƏT ARTACAQ, QİYMƏT AŞAĞI DÜŞƏCƏK VƏ…»
Astara telekommunikasiya qovşağında isə internetlə bağlı heç bir problemin olmadığını deyirlər.
Lənkəran telekommunikasiya Qovşağının İnformasiya texnologiyaları üzrə mütəxəssisi Bəxtiyar Qulamov rayonda internt ximətin çox yüksək səviyyədə olduğunu bildirir.
Dediyinə görə, Lənkəran bölgədə yeganə rayondur ki, onun bütün kəndlərində genişzolaqlı internet xidməti var. O, son 2-3 ildə Lənkəranda internetdən istifadə edənlərin sayının 7-8 dəfə artdığını deyir və bunu yaxşı internet xidmətin olması ilə izah edir. Əminliklə deyir ki, gələcəkdə sürət artacaq, qiymət aşağı düşəcək. Hər kəs internetdən istifadə etmək imkanına malik olacaq. O bununla belə rabitə xətlərində problemlərin olduğunu da inkar etmir.
«210 MİN ƏHALİ ÜÇÜN BU HEÇ NƏDİR»
Masallı rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov internetdən istifadə ilə bağlı rayonda xeyli iş görüldüyünü deyir:
«53 kəndə yeni ATS qurulmasına başlanılıb. Bütün kəndlərdə elektorun ATS-lərin qurulması başa çatmaq üzrədir. Bizim ən ucqar kəndlərdə belə genişzolaqlı internetə çıxış olacaq, özü də yüksək sürətlə. Keçən il internet abunəçilərin sayı təxminən 800 nəfər olub. Bu il isə say 2500-ə çatıb. Ancaq 210 min əhali üçün bu heç nədir».
XS
SM
MD
LG