Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:40

Rusiya məktəblərində hicaba qadağa


Çeçenistanda hicablı məktəblilər
Çeçenistanda hicablı məktəblilər
Rusiyanın Stavropol vilayətində məktəblərdə hicab qadağası qüvvədə qalır. İyulun 10-da Rusiya Ali Məhkəməsi Moskvadakı iclasında bununla bağlı yerli məhkəmənin qərarını qüvvədə saxlayıb.

Stavropolda yaşayan ailələr adından məhkəməyə müraciət edən vəkil Murad Musayev AzadlıqRadiosuna deyib ki, bugünkü qərardan apelyasiya şikayəti verəcəklər.

Musayevin sözlərinə görə, “Rusiya Konstitusiyasında hər kəsin vicdan azadlığı təmin olunur. Bu üzdən, hər hansı regional hökumətin konstitusiya ilə verilən hüququ məhdudlaşdırmağa ixtiyarı yoxdur. Söhbət heç məktəbdə hicabın düz olub-olmamasından yox, əsas hüquqlardan gedir”.

Sentyabr ayında Rusiyanın Stavropol əyalətində vahid məktəbli geyiminə uyğun olmadığı üçün məktəblərdə hicabla gəlməyi qadağan etmişdilər. Sözügedən məktəblərin geyim kodeksində, istənilən dini simvolları daşıyan geyimlə, o cümlədən həddən artıq açıq-saçıq geyimlər və 7 santimetrdən hündür dikdaban ayaqqabı da qadağan olunub.

Stavropol vilayətindən bildirmişdilər ki, bu kodeks hansısa dinə qarşı yönəlməyib, sadəcə Rusiyada təhsilin mühafizəkar əsaslarını qorumaq üçündür.
XS
SM
MD
LG