Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:01

Çılpaq etirazçı qadın Fransanın yeni rəmzinə çevrilir


Marianne markası və Femen fəalı Inna Shevchenko
Marianne markası və Femen fəalı Inna Shevchenko
Fransada yeni marka iyulun 16-da satışa çıxarılıb. Ölkədə böyük mübahisələr doğuran markada Fransanın simvolu Marianne təsvir olunur. Mübahisəyə səbəb isə
Mariannenin yeni siması kimi Femen fəalının seçilməsidir.

Ukraynanın öz çılpaq etirazları ilə məşhur Femen hərəkatının fəalı İnna Shevchenko Fransanın rəmzi olan Mariannenin yeni simasına çevrildi.
Shevchenko ilk xarici qadındır ki, Fransada belə şərəfə nail olur.

Əvvəlki dövrlərdə Marinannenin simasına prototip Brigitte Bordot, Mireille Mathieu, Catherine Deneuve kimi Fransanın məşhur ulduzları olub.

220 İLLİK ƏNƏNƏ

Fransada 1789-cu il inqilabından az sonra başında Friqiya papağı olan gənc qadın Marianne Fransanın simvoluna çevrildi. Onun siması Fransanın rəsmi loqosunda, avro pullarda, möhürlərdə, poçt markalarında əks olunub.

1944-cü ildən başlanan başqa ənənəyə görə, hər dəfə yeni prezident seçiləndə mariannenin siması da dəyişir. Yeni simanın necə olacağını yeni Fransa prezidenti müəyyən edir.

İndiki prezident Hollande iyulun 14-də Bastiliya günündə Mariannenin ilk dəfə yeni siması əks olunan markanı təqdim edib.

Yeni simanın yaradıcısı olan rəssam Oliver Ciappa öz Twitterdə yazır ki, onun Mariannesi əsasən 23 yaşlı Shevchenkodan götürülüb.


Inna Shevchenko
Inna Shevchenko
Ciappa və layihənin digər müəllifi David Kavena deyirlər ki, yeni dizayn “beynəlxalqdır və vaxtında yaradılıb”, onda İntibah dövrünün, Fransa komikslərinin, ABŞ multiplikasiyasının və Yapon incəsənətinin elementləri cəmlənib.

SEÇİMİ MƏKTƏBLİLƏR EDİB

Mariannenin yeni siması kimi təklif olunan layihələrin sayı ümumilikdə 15 olub. Onlar arasından bu son variantı seçən isə məktəblilərdən ibarət münsiflər heyətidir.

Seçim qaydası Fransa prezidentindən gəlir.

Hollande deyir: “Mən qərara gəldim ki, respublikanın yeni simvolunun siması gənc olmalıdır və bunu gənclər özləri seçməlidir”.

Seçim demokratik olsa da, ziddiyyətli Femen fəalının Fransa simvoluna çevriıməsi Fransada ictimai və siyasi dairələrdə böyük narazılıq doğurub.

Fransanın sağçı Xristian Demokratik partiyası yeni simvolu boykot etməyə çağırır.

Yeni markanın dizayneri Ciappanın homoseksualist olmağı da geylərin evlənməyi əleyhinə olanları və eləcə də dini təşkilatları yeni marka əleyhinə etirazlara qaldırıb. Onlar prezidentin seçimindən narazıdırlar.

Keçən həftə Fransada siyasi sığınacaq almış Shevchenko deyir: “Bu, sürpriz oldu. Bu, tamamilə gözlənilməz oldu. Ancaq bunun ən gözəl tərəfi odur ki, indi Fransada məktub göndərən hər bir ekstremist, homofob məktubun üstə marka yapışdırmalıdır və markanı yapışdıranda Femenin dalını yalayacaq”
XS
SM
MD
LG