Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:45

Mehman Hüseynov: Tənqidi, satirik videoların davamı olacaq


Mehman Hüseynov
Mehman Hüseynov
-
Bir neçə saat Baş Prokurorluqda saxlanılan jurnalist sərbəst buraxıldıqdan sonra AzadlıqRadiosuna qısa müsahibə verib.

«Məni Baş Prokurorluqda 5 saat dindirəndən sonra xəbərdarlıq edib buraxdılar. Dindirmədə isə dedilər ki, dünən gecə sosial şəbəkələrdə prezidentliyə namizədlərlə bağlı bir video yayılıb. Dedilər bu video bizə problem yaradıb, onu araşdırmalıyıq. Onları ən çox narahat edən isə həmin videoda Cəmil Həsənlinin səsi ilə spartalının «bu hakimiyyət getməlidir» sözü olmuşdu».
Oktyabrın 2-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Mehman Hüseynov dindirmədən çıxandan sonra AzadlıqRadiosuna belə deyib.
Prokurorluqda Mehman Hüseynovdan bununla nə demək istədiyini soruşublar:
«Cavab verdim ki, heç bir məqsədim olmayıb, videoblogerəm, belə satiraları yayıram. Onu da dedim ki, Cəmil Həsənli bu sözü İTV-də canlı yayımda deyib. Onlar isə dedi ki, bir var bu canlı efirdə deyilir, bir də var bunu zorakılığa çağırışı kimi yayırsınız. Onu da dedim ki, İlham Əliyev hər çıxışında deyir ki, Azərbaycanda internet azaddır, söz azadlığı var, siz isə məni oğurlayıb bura gətirmisiniz. Axırda mənə dedilər ki, sənə xəbərdarlıq edirik, seçki ərəfəsi aktiv olma, belə videolar, çağırışlar hazırlama. Mənim hazırladığım videoda qanunsuz heç bir şey yoxdur. Bundan sonra da tənqidi, satirik videoları hazırlamağa davam edəcəm».
Mehman Hüseynov deyir ki, dindirmə vaxtı ona heç bir təzyiq olmayıb.
«Xəbərdarlıq edəndə dedilər ki, səni yenə çağıracağıq. Hesab edirəm ki, bu seçki ərəfəsi mənə, sosial şəbəkələrdə fəal olan digər gənc fəallara olan təzyiq növüdür»
XS
SM
MD
LG