Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:04

A. Məmmədli: Seçki pozuntuları Azərbaycanda böhran yarada bilər


Anar Məmmədli
Anar Məmmədli
-
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) oktyabrın 10-da Bakıda keçirdiyi mətbuat konfransında prezident seçkisi barədə ilkin rəyini açıqlayıb.

Qurumun rəhbəri Anar Məmmədli (SMDTM) seçkiöncəsi mühitin azad və demokratik seçki aparmağa uyğun olmadığını, seçkinin bütün mərhələlərində seçimə qatılanlara, namizəd və müşahidəçilərə təzyiq göstərildiyini vurğulayaraq, seçkinin gedişini belə qiymətləndirdi:

“Səsvermə zamanı ciddi qanun pozuntuları, xüsusən eyni şəxsin bir neçə dəfə səs verməsi, adları seçici siyahısında olmayan seçicilərin səsverməyə qatılması, saxta bülletenlərdən istifadə halları qeydə alınıb. Bununla da bir çox məntəqələrdə səsvermənin nəticələri şübhə doğurub”.

Anar Məmmədlinin sözlərinə görə, sadalanan pozuntuları nəzərə alaraq, “bu seçki Azərbaycan Respublikasının milli qanunvericiliyi və beynəlxalq standartların pozulması şəraitində baş tutduğundan azad və demokratik sayıla bilməz”.

Mətbuat konfransında SMDTM-in seçki monitorinqinin ilkin nəticələrinə dair tövsiyələri də açıqladı:

“Seçki komissiyaları qanun pozuntuları ilə bağlı bütün müraciət və şikayətləri dərhal araşdırmalı, səlahiyyətli şəxslərin məsuliyyətə cəlb olunması yönündə müvafiq qərarlarını ictimaiyyətə çatdırılmalıdır. Ölkədə siyasi azadlıqların məhdudlaşdırılmasından qaynaqlanan böhranı aradan qaldırmaq üçün hakimiyyət dövlətlə vətəndaşlar arasında qarşılıqlı inam yaratmağa cəhd göstərməlidir.”
XS
SM
MD
LG