Bir çoxlarımızın adını eşidib, amma görmədiyimiz Qaxın İlisu kəndi. Abbas Atilayın fotoları bu dəfə hər yay turistlərlə dolu olan bu kənddən danışır.
Rəngarəng və qədim İlisu kəndi.

1
Qaxın İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1200 m yüksəklikdə, dağlıq və sıx meşəliklərlə əhatə olunmuş mənzərəli bir yerdə yerləşir.

2
Bu kəndində Qaxın iki çayı - Kürmükçay və Ağçay birləşir, kənd üçün gözəl mənzərə yaradır.

3
Bu çayların dərələri çox dərindir, özləri isə iti axır. Kürmükçay üzərində salınmış Orta Əsrlər dövrünə aid Ulu Körpü.

4
İlisunu əhatə edən dağlıq meşələr, alp çəmənliklər İlisu dövlət təbiət qoruğuna daxildir. Keçmişdə Baş Qafqaz dağ silsiləsində Dağıstana gedən karvan yolları məhz buradan keçirdi.