Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:49

Avropa Birliyiylə Assosiasiya sazişi kimə nə vəd edir?


Georgia - Edward Nalbandian, Armenian Foreign Minister (L), at EU Eastern Partnership informal ministerial meeting in Tbilisi,12Feb2013
Georgia - Edward Nalbandian, Armenian Foreign Minister (L), at EU Eastern Partnership informal ministerial meeting in Tbilisi,12Feb2013
Gürcüstan və Moldova Vilnüsdə keçirilən sammitdə onu imzalayacaq, Ukrayna imzalaya da biləər, imzalamaya da, amma Ermənistan artıq bu şansını itirib, Azərbaycan hələ hazır deyil.

Söhbət Avropa Birliyinin Şərq Tərəfdaşlığı planına daxil olan dövlətlərə təqdim elədiyi Assosiasiya Sazişindən gedir.

Assosiasiya sazişi Şərq Tərəfdaşlığı planında olan dövlətləri Avropa Birliyi standartlarına yaxınlaşdırmağı nəzərdə tutur və 4 fəsildən ibarətdir: Ümumi Xarici siyasət və Təhlükəsizlik, Ədliyyə və Daxili İşlər siyasəti, Dərin və Əhatəli Sərbəst Ticarət Zonası (Sərbəst Ticarət Zonası), Ətraf mühit, elm, nəqliyyat və təhsil sahələrini əhatə edən 4-cü fəsil.

Avropa Birliyinin Şərq Tərəfdaşlığı planına daxil olanlara təklif elədiyi Assosiasiya Sazişinin digər ölkələrə təklif elədiyi sazişlər arasında əsas fərq Sərbəst Ticarət Zonası imkanıdır.

Şərq Tərəfdaşlığı planına üzv olan dövlət Assosiasiya sazişini imzalamaqla öhdəlik götürür ki, Sərbəst Ticarət Zonası üçün lazım olan Avropa Birliyi qanunvericiliyini qəbul edəcək. 350 qanun və normanın ratifikasiyası və milli qanunvericiliyə uyğunlaşdırılması üçün təxminən 10 il vaxt verilir.

Sərbəst Ticarət Zonası haqda sənədi imzalayan dövlət avtomatik olaraq Avropa Birliyinin 500 milyon müştərisi və 12.9 trilyon avro dövriyyəsi olan bazara çıxış imkanı əldə edir. Müqayisə üçün, Rusiyanın Qazaxıstan və Belarusla qurduğu Gömrük ittifaqının müştəri sayı cəmi 170 milyon, dövriyyəsi isə 1.4 trilyon avrodur.

Hər hansı bir dövlət Assosiasiya Sazişini imzalayandan sonra öncə bu sazişi bütün Avropa Birliyi üzvlərinin parlamentləri ratifikasiya edir. Ancaq bu proses illərlə davam edə bilər deyə, aralıq dövr üçün müəyyən müvəqqəti sazişlər – o cümlədən Sərbəst Ticarətlə bağlı saziş qüvvəyə minir.

UKRAYNA

Məsələn, əgər Ukrayna indi Assosiasiya sazişini imzalasa, 2014-cü ilin mart ayında etibarən bəzi imkanları əldə edəcək. Ancaq imzalamasa, nəzəri olaraq bunu sonra keçiriləcək hansısa saamitdə edə bilər. Amma bir şey var ki, Avropa Birliyinin bəzi rəsmiləri – məsələn, Avropa Birliyinin Ukrayna üzrə nümayəndəsi olan keçmiş Polşa prezidenti Aleksander Kwasniewski ötən həftə açıqca bəyan ediblər ki, əgər Ukrayna Vilnüs Sammitində Assosiasiya sazişini imzalamasa, bu proses qeyri-müəyyən müddətə uzana bilər.

GÜRCÜSTAN və MOLDOVA

Moldova və Gürcüstan isə Ukrayana nəzərən, bu prosesdə bir qədər öndədirlər. Onlar artıq iyun, iyul aylarında danışıqları başa çatdırıblar və mübahisəli məqamların üzərində hüquqşünaslar və dilçilər tərəfindən müəyyən iş aparılıb.

Tbilisi və Gürcüstan bu sazişi uzağı 2014-cü ilin Sentyabrında imzalamaq istəyir. Belədə onlar artıq imzaladıqları sazişin imkanlarından 2015-ci ilin əvvəlindən faydalana bilər.

AZƏRBAYCAN, ERMƏNİSTAN və BELARUS

Azərbaycan hələ Dünya Ticarət Təşkilatına üzv olmadığı üçün Sərbəst Ticarət Zonasına da qoşula bilmə. Odur ki, hələ ki, Assosiasiya sazişi ilə bağlı danışıqlarda daha bir raund olacaq və ancaq bundan sonra sazişin imzalanması yolunda irəliləyişdən danışmaq olar.

Ermənistan öz xoşuyla Avropa Birliyi ilə sazişdən vaz keçib, Rusiyanın yaratdığı Gömrük İttifaqını seçib. Yəni Vilnüsdə ən yaxşı halda Avropa Birliyi ilə əməkdaşlıq haqda siyasi bəyanat ola bilər.

Belarus isə artıq Rusiya ilə Gömrük İttifaqının üzvüdür. Yəni indi Minskə ən yaxşı halda, nə vaxtsa keçmiş SSRİ və Avropa Birliyi arasında olan qəbildən saziş kimi bir sənəd hazırlaya bilərlər, o da, əməkdaşlıq niyyəti olarsa.


ASSOSİASİYA SAZİŞİ YOLUNDA ƏNGƏLLƏR

Sazişi imzalaya bilmək üçün Gürcüstanın Abxaziya və Osetiyanın özəl dürmü ilə bağlı məsələni həll etməsi tələb olunur.

Oxşar problem Moldovada da var – Dnestryanı regionu ilə bağlı. Amma burda həm də visasız gediş-gəliş və işdə ayrı seçkiliyə yol verməyən qanunvericilik üzərində də iş tamamlanmayıb.

Ukrayna isə sazişdə Avropa Birliyinə üzvlük iddialarını gizlətmir. Amma ölkənin üzləşdiyi iqtisadi böhran və bəzi siyasi məsələlər üzündən bu o qədər də real görünmür.

SAZİŞ ÜZVLÜYƏ TƏMİNA VERİRMİ?

Avropa Birliyinin Şərq Tərəfdaşlığı planı üzvlərinə təklif elədiyi Assosiasiya sazişi nə birbaşa üzvlüyə təminat verir, nə də bunu istisna edir.

Yəni bu Assosiasiya sazişləri keçmiş Yuqoslav ölkələrinə təklif olunan qədər geniş gələcək vəd etməsə də, Tunis və Mərakeşlə imzalanan sazişlərdən daha çox imkan vəd edir.

Məsələn, Xorvatiya Sabitlik və Assosiasiya sazişini imzalayandan tam 12 il sonra Avropa Birliyinə üzv ola bildisə, Türkiyə 1962-ci ildən bəri bu sazişi imzalayıb və hələ də gözləyir.
XS
SM
MD
LG