Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:06

İsmayıllı məhkumlarının valideynləri məhkəmədən narazıdır..


Şəkidə İsmayıllı hadisələrinə görə saxlanılanların məhkəmə prosesi
Şəkidə İsmayıllı hadisələrinə görə saxlanılanların məhkəmə prosesi
-
İsmayıllı olaylarına görə tutulanların valideynləri məhkəmənin süni şəkildə uzadıldığını düşünürlər. Noyabrın 18-də həbsdə olan 18 məhkumun Şəkidə məhkəməsi keçirilməliydi. Öncə məhkəmə günün ikinci yarısına – saat 14:30-dək ertələndi. Sonra hakim təqsirləndirilən şəxslərdən bir neçəsinin vəkilinin prosesə gəlmədiyini əsas gətirərək, prosesin təkrar təxirə salındığını və növbəti prosesin noyabrın 29-da keçiriləcəyini elan etdi.

«DUSTAQLAR 3 NÖVBƏDƏ YATIRLAR»

Məhkum Rəşid Məmmədovun atası Ərzuman Məmmədov borc almaqdan, banklardan kredit götürməkdən bezdiyini söyləyir:

«Uşaqların Gəncədə saxlandığı yer çox bərbaddır. Gecə-gündüz hökumətimiz Azərbaycanı Avropanın bir hissəsi kimi təqdim edir. Elə bil Gəncə Azərbaycana aid deyil. Təsəvvür edirsinizmi, 22 nəfəri bir otaqda saxlayırlar. Otaqda cəmi 8 yatacaq var. Dustaqlar 3 növbədə yatırlar. Bu nə cür ölkədir? Bəyəm dustaq insan deyil? Bəyəm dustaq bu ölkənin vətəndaşı deyil? İndi bir səhv edib həbsə düşüb deyə, onlara bu cür əzab verməyin nə adı var?».

Ərzuman Məmmədov deyir ki, oğluna yemək daşımaqdan yorulub:

«MƏN ŞƏXSƏN HƏYƏTİMDƏKİ HEYVANIMI ELƏ AC SAXLAMIRAM»

Nə oldu Kürdəxanıda, Şəkidə, Oğuzda verilən yeməkləri yeyirlər, ancaq Gəncədəki yeməyi yemirlər. Orada dustaqlara verilən yeməyə yemək demək olmaz. Mən şəxsən həyətimdəki heyvanımı elə ac saxlamıram...
«Mən şəxsən həyətimdəki heyvanımı elə ac saxlamıram. Nə oldu Kürdəxanıda, Şəkidə, Oğuzda verilən yeməkləri yeyirlər, ancaq Gəncədəki yeməyi yemirlər. Orada dustaqlara verilən yeməyə yemək demək olmaz. Mən şəxsən həyətimdəki heyvanımı elə ac saxlamıram. Dəfələrlə ombudsmana müraciət etmişəm ki, bu məsələni diqqətdə saxlasın. Məhkəməni belə acı bağırsaq kimi uzatmalarına da çox mənfi baxıram. Bütün bunları ona görə edirlər ki, həm biz, həm də övladlarımız əzab çəksinlər».

“BELƏ ÖZBAŞINALIQ OLMAZ”

Məhkum Ceyhun Abbasovun anası Bənövşə Abbasova deyir ki, xəstə olduğundan gedib-gəlməyə çətinlik çəkir:

«Hər dəfə Şəkiyə gedib gəlmək üçün 40-50 manat xərc çəkib, taksi tutmalıyam. Dünən Bakıdan oğlum da gəlmişdi. Əvvəl dedilər saat 3-də yığışın, sonra elan etdilər ki, iş 29-dək təxirə salınır. Belə özbaşınalıq olmaz, qəsdən uşaqlardan qisas alırlar. Gəncədə uşaqlarımız çürüyür. Ceyhunun böyrəkləri ağrıyır. Tez-tez ona dərman aparıram. Yatacaqları bərbad, saxlandığı otaqların divarlarında göbələklər bitib. Verilən yeməyi heç itin qabağına qoysan yeməz. Artıq dözə bilmirik».

«BURADA MƏHKƏMƏ ADINDA BİR...»

İsmayıllı şəhərinin mərkəzi
İsmayıllı şəhərinin mərkəzi
Məhkum Xəyal Şaranovun atası Sergey Şaranov isə məmurların boş vədlərindən narazıdır:

“Bizi aldada-aldada vaxt udurlar. Burada məhkəmə adında bir şou düzəldiblər. İstədikləri vaxt prosesə gəlirlər, istədikləri vaxt prosesi təxirə salırlar. Fikirləşmirlər ki, axı onların da övladları var, həyatdır, onların da başına gələ bilər. Bunun sonu nə vaxt olacaq, bilmirik”.

«İŞİN DALANA DİRƏNMƏSİ VƏZİFƏLİ ÇOX ŞƏXSƏ SƏRF EDİR»

Məhkum Şakir Mustafayevin anası Əminə Mustafayevanın sözlərinə görə, istintaqı necə aparıblarsa, məhkəmə də elə davam edir:

“Çünki işin dalana dirənməsi vəzifəli çox şəxsə sərf edir – bu hadisələrin baş verməsində xidmətləri olanları deyirəm. Elə valideynlər var, zəng edirik ki, gəl qəbula gedirik, yaxud Şəkiyə gedək naz edir, gəlmir. Elə bil elə bu məhkəmənin uzanması onların da ürəyincədir. Qəsdən prosesi uzadırlar və şirin vədlər verirlər ki, bu hadisə insanların tədricən yadından çıxsın, köhnəlsin. Əgər bu uşaqların günahı varsa, iş verin, getsinlər, yox əgər günahları yoxdursa, onda açın buraxın. Yoxsa gündə bir hava çalıb oynamağa, işi uzatmağa nə ehtiyac var ?”.

NAZİRLİK DEYİR Kİ...

Dustaqlara verilən yeməklər yüksək keyfiyyətdədir...
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, Gəncə istintaq təcridxanasında saxlanılan şəxslərin sayı saxlama həddində nəzərdə tutulan saydan azdır: «yemək məsələsinə gəlincə, birmənalı demək olar ki, dustaqlara verilən yeməklər yüksək keyfiyyətdədir. Keyfiyyətə təkcə Penitensiar Xidmət yox, Ədliyyə Nazirliyinin başqa qurumları da nəzarət edir. Məhbuslar ailələrinin gətirdiyi yeməyi istəyirlərsə, biz buna da mane olmuruq».
XS
SM
MD
LG