Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:08

Ukraynada hökumətin istefası tələbi ilə etiraz aksiyaları davam edir


Kiyevdə nümayiş 3, 2013
Kiyevdə nümayiş 3, 2013
Ukraynada hökumətin istefası tələbi ilə etiraz aksiyaları davam edir.Bu gün parlament binasının qarşısına yenidən minlərlə adam yığışıb.Onlar parlamentdə hökumətə etimadsızlıq göstərilməsi ilə bağlı qanun layihəsinin səsə qoyulmasını gözləyirlər.

Baş nazir Mykola Azarov müxalifəti parlamentin binasını ələ keçirməyə cəhddə ittiham edib.O həmçinin Kiyev və ölkənin digər şəhərlərində keçirilən etirazların dövlət çevrilişinə işarə olduğunu və vəziyyətin ketdikcə nəzarətdən çıxdığını bildirib.Azarov həmçinin hökumətin nümayişçilərə qarşı güc tətbiq edilməsinə görə üzr istədiyini deyib.

Prezidenti Viktor Yanukovych deyib ki, bu vətəndaş aksiyalarından radikal məqsədlər üçün istifadə etmək səhvdir və buna görə kimlərsə məsuliyyət daşıyacaq.
Amma o qeyd edib ki, insanların öz fikirini azad ifadə eləmək hüquq var, amma bu cür aksiyalar dinc xarakterli olmalıdır.

Ukrayna hökumətinin bu günlərdə Avrropa Birliyi ilə asosasiv sazi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etiraz aksiyalarına səbəb olub.Bu sənəd noyabrın 28-də Vilnüsdə keçirilən sammitdə imzalanmalıydı.
XS
SM
MD
LG