Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:56

Rusiya Ukraynanın qiymətli kağızlarına 15 milyard dollar qoyur, qazı isə ucuzlaşdırır


Vladimir Putin və Viktor Yanukovych
Vladimir Putin və Viktor Yanukovych
Rusiya Ukraynanın qiymətli kağızlarına 15 milyard dollar qoyacaq və Ukraynaya qazın qiymətini 33 faiz ucuzlaşdıracaq.

Bunu Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də Moskvada keçirilən Rusiya-Ukrayna hökumətlərarası komissiyanın iclasından sonra bəyan edib.Amma Putin Ukraynanın Rusiyanın rəhbərlik etdiyi Vahid Gömrük İttifaqına qoşulmasının müzakirə olunmadığını deyib.

Kiyevin mərkəzi meydanında isə ölkənin Avroba Birliyinə inteqrasiya eləməsi tələbi ilə nümayiş davam edir.

Həmçinin Kiyevin Mariinsk meydanında hökumətin tərəfdarları ayrıca mitinq keçirirlər.
XS
SM
MD
LG