Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:38

«Şahdağ»da xizək sürmək neçəyə başa gəlir


-
Son günlər Qusardakı «Şahdağ» Turizm Kompleksinə gedənlərin sayı artıb.
Hətta sosial şəbəkələrdə bu istiqamətdə yollarda avtomobil tıxaclarına dair fotolar paylaşılır.

Bəs, Bakının 180 kilometrliyində yerləşən bu kompleksdə xizək sürməyin bir günü neçəyə başa gəlir?

Xizək zolaqlarından istifadə böyüklər üçün bir günlük 22, yarım günlük 11 manatdır. 11 yaşına qədər uşaqlar üçün isə bu qiymətlər müvafiq olaraq 17 və 9 manat təşkil edir.

Xizək və sürüşmək üçün digər avadanlıqların kirayəsi 30 manata başa gəlir. Kanatda bir dövrənin qiyməti 6 manatdır. Qiymətlərlə ətraflı burada tanış ola bilərsən

ƏN UCUZ OTEL 109 MANATADIR
«Şahdağ»a gedən yolda tıxac
«Şahdağ»a gedən yolda tıxac

Kompleksdə otel kirayələyib istirahət etmək istəyənlər bir qədər gözləməli olacaqlar. Burdakı otellərdə yanvarın 6-na qədər bütün yerlər tutulub.

«Şahdağ» otelində bir nəfərlik otağın qiyməti səhər yeməyi daxil 139, «Zirvə»də isə 109 manatdır.

Otellərdə ancaq Avropa yeməkləri verilir. Kompleksin baş aşpazı argentinalıdır.

«Şahdağ» Qış-Yay Turizm Kompleksinin tikintisinə 2009-cu ilin sentyabrında başlanıb. 2 milyard avro dəyərləndirilən bu layihənin 4 mərhələdə, 6-7 ilə tamamlanması planlaşdırılır.

Dövlət vəsaiti ilə yanaşı, layihəyə özəl investisiyalar da cəlb olunub.

ŞİKAYƏTÇİLƏR DEYİR Kİ...

Turizm Kompleksi tikilərkən torpaqları əllərindən alınmış sakinlər onlara cüzi kompensasiya verildiyindən şikayət edirdilər.

Mədəniyyət və Turizm Nazirliyinə qarşı iddia qaldıranlar da olub.
XS
SM
MD
LG