Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 13:08

Üzdə olan Rəsulzadə araşdırıcılarına iki sual (4-cü yazı)


İsa Qəmbər
İsa Qəmbər
-
AzadlıqRadiosunun «İz» proqramı 130 illik yubiley öncəsində M.Ə.Rəsulzadə irsinin araşdırıcılarına və onunla bu və digər dərəcədə bağlı şəxslərə iki sual yönəldib:

1. Sizcə, sonrakı dönəmin də təcrübəsi gözə alınsa, «Rəsulzadə kimdir» sualının ən qısa cavabı necə olardı?

2. Rəsulzadənin bugünün Azərbaycanına baxıb deyə biləcəyi ən xoş və ən acı sözlər nə olardı?

İsa Qəmbər-- Müsavat Partiyasının başqanı

1.
Məhəmməd Əmin Rəsulzadə böyük şəxsiyyətlərlə zəngin çoxminillik Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətidir.

ƏN XOŞ SÖZÜ MÜSAVATLA GEDƏNLƏRƏ, ƏN ACI SÖZÜ...

2.
Məhəmməd Əmin Rəsulzadə bugünün Azərbaycanını görsəydi, ən xoş sözlərini Müsavat yolu ilə gedənlərə, ən acı sözlərini Azərbaycanın istiqlalını öz varlanmaq ehtirasını ödəmək üçün vasitəyə çevirən rejim mənsublarına deyərdi. Bütövlükdə milləti isə M.Ə.Rəsulzadə gələcəyə inanmağa, hürriyyət və istiqlal uğrunda mübarizə yoluna davam etməyə çağırardı. Çünki M.Ə.Rəsulzadə özü bu millətə inanırdı, bu millətin müstəqil, azad, xoşbəxt, ləyaqətli həyat yaşamaq gücünə inanırdı, bu millətin gələcəyinə inanırdı. İnanmasaydı, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qurmazdı.

MUSTAFA KAMAL ATATÜRK KİMİ...

George Mamulia-Paris Ali İctimai Tədqiqatlar Məktəbinin doktoru

1.
Mənim fikrimcə, M.Ə.Rəsulzadə təkcə Azərbaycan dövlətçiliyinin banisi yox, həm də Azərbaycan dövlət müstəqilliyinin öndəri və ideoloqudur. Ən əsası, Rəsulzadə tarixi zəminin az olduğu vaxtlarda çağdaş Avropa demokratik dövlət quruculuğunun tərəfdarı olub. O, Azərbaycan üçün təxminən Mustafa Kamal Atatürkün Türkiyə üçün istədiyi inkişaf yolunu arzulayırdı. Amansız geosiyasi səbəblər üzündən öz planlarını gerçəkləşdirə bilməməsi onun böyüklüyünü azaltmır. O, yəqin ki, tarixdə daha çox Vətən naminə hər cür şəxsi qurbanlar verən, ölkəsinin radikal modernləşdirilməsinin ideoloqu kimi qalacaqdır.

ŞƏRQ FEODAL DÜŞÜNCƏ TƏRZİNİN ..KORRUPSİYA, MƏDDAHLIQ KİMİ FORMALARINI QƏBUL ETMƏZDİ!

2. Şübhəsiz, Rəsulzadənin ən bəyəndiyi Azərbaycanın dövlət müstəqilliyinin bərpası
olardı. Bununla belə, ölkə müstəqilliyi onun üçün Avropa demokratik dəyərləri kateqoriyasından ölçüldüyündən (1918-20-ci illərdə Azərbaycan Şərqdə Qərb nümunəsi ilə qurulan ilk demokratik respublika idi), Şərq feodal düşüncə tərzinin postkommunizm elementlərinə bolluca bulaşmış korrupsiya, nepotizm (qohumbazlıq) və s. kimi gericil formalarını qətiyyən qəbul etməzdi. O əmin idi ki, ancaq Avropa tipli çağdaş, demokratik dövlətlər uğurlu inkişafa və çiçəklənməyə yol aça bilər.

«DEMOKRATİK XALQ CÜMHURİYYƏTİ HARADA QALDI?»

Türkiyəli araşdırıcı Sebahettin Şimşir:

1. «Rəsulzadə kimdir» sualına Rəsulzadənin özü hər halda belə cavab verərdi: «Azərbaycanın istiqlalı üçün yaşadım».

2. Ən xoş söz «Yaşasın Azərbaycan!» olardı. Ən acı söz isə: «Demokratik xalq cümhuriyyəti harada qaldı» deyərdi.
XS
SM
MD
LG