Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:03

Gənclər «Birlik Üçün Oxu»mağa davam edirlər- [Video]


-
Azərbaycanda və xaricdə yaşayan gənc musiqiçilər «Birlik üçün oxu-2» layihəsində bir araya gəliblər.

2013-cü ildə «Ay Laçın» deyən gənclər bu dəfə «Nazəndə sevgilim», «Girdim yarın baxçasına» mahnısını ifa ediblər.

8 dəqiqəlik çəkilişdə təxminən 80-nə yaxın musiqiçi yer alıb.

Musiqi seçimində gənclərə Flora Kərimova, Azərin və Aygün Səmədzadə yardım edib.

Gənc fəal Bəxtiyar Hacıyev Facebook-da yazıb:

"80-dən çox gəncin bir neçə ay soyuqda, qarda, yağışda üzərində çalışdıqları Birlik Üçün Oxu - 2-nu təqdim edirik.

Daha çox zövq almaq üçün tam ekranda, HD keyfiyyətdə, stereo səs ilə, bir neçə dəfə təkrar baxmaq lazımdır. 35-ci saniyədən sonra sağa-sola hərəkət edərək ifaçılara qoşula bilər və mahnını birlikdə oxuya bilərsiniz".

«Birlik üçün oxu» layihəsi ABŞ-da reallaşdırılmış və sonradan dünyada məşhurlaşmış «Playing for Change» (Dəyişiklik üçün çal) layihəsindən və Türkiyədə reallaşdırılmış «Doğa için çal» (Təbiət üçün çal) layihələrindən ilhamlanıb. Layihənin iştirakçıları inanırlar ki, dini, iqtisadi, siyasi, ideloloji fərqliliklərindən asılı olmayaraq, musiqi vasitəsi ilə insanları birləşdirmək, aradakı məsafələri kiçiltmək mümkündür.

Layihəni Müsbət Dəyişiklik Gənclər Hərəkatı könüllü dəstəyi ilə reallaşdırır.

XS
SM
MD
LG