Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:48

AzadlıqRadiosunun əməkdaşı Yafəz Əkrəmoğlu yenidən hədə mesajı alıb


Yafəz Əkrəmoğlu
Yafəz Əkrəmoğlu
-
Jurnalist Yafəz Əkrəmoğlunun bildiridiyinə görə, fevralın 22-də o, Facebook səhifəsində elektron məktub alıb:

«Yazmışdılar ki, mənə verilən vaxtın yarısı keçib, düşünmək üçün cəmi 5 günüm var. Mesaj bu yaxınlarda facebookda mənim əleyhimə yaradılan «Yafəz Əkrəmoğlu kimdir?» qrupunun admini tərəfindən göndərilib».

Yafəz Əkrəmoğlunun sözlərinə görə, bir neçə gün öncə həmin qrupda jurnalist fəaliyyətini dayandırmayacağı təqdirdə onu öldürəcəkləri ilə bağlı elan yerləşdirilib:

«Elana görə onların tələbinə əməl etməsəm, vaxt tamam olandan sonra məni aradan götürmək üçün plan quracaqlar. Lütfkarlıq edib düşünmək üçün mənə 10 gün vaxt da veriblər. Əsas istədikləri insan haqlarının ən çox pozulduğu, dünyadan təcrid etməyə çalışdıqları Naxçıvan haqqında tənqidi yazıların təcili dayandırılmasıdı».

Jurnalist Naxçıvanla bağlı yazılarına son verməyəcəyini bildirir.

Yafəz Əkrəmoğlu hədələnməyi ilə bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edib ki, onu hədələyən şəxslər tapılaraq məsuliyyətə cəlb edilsin.

Jurnalist müraciətində hüquq-mühafizə orqanlarından təhlükəsizliyinin təmin olunmasını da xahiş edib.
XS
SM
MD
LG